Qlobal bazarlarda "ABŞ qasırğası"
Donald Trampın siyasətlərindən qaynaqlanan iqtisadi tənəzzül narahatlıqları investorların riskdən qaçmalarına, səhmləri və kriptovalyutalarını satmalarına səbəb olub.ABŞ Prezidenti Donald Trampın tarif (gömrük rüsumları) siyasətlərinin, dövlət xərclərinin azaldılması planlarının və geosiyasi gərginliyi artıran bəyanatlarının iqtisadi artıma zərbə vuracağına dair narahatlıqları artırıb. Bu da bazarlarda kəskin satışlara səbəb olub.
Marja xəbər verir ki, narahatlıqlar xüsusilə Trampın keçən həftə Konqresdəki çıxışında “tariflərin narahatçılıq yarada biləcəyini" etiraf etməsindən sonra kəskinləşib.
Bu bəyanatlar ABŞ prezidentinin öz planlarını həyata keçirmək üçün iqtisadi risklərə getməyə hazır olduğu qənaətini yaradıb.
FED-i Nyu York şöbəsinin bazar ertəsi açıqladığı aylıq sorğusu da göstərib ki, ABŞ istehlakçıları yaxın müddətdə bir qədər yüksək inflyasiya gözləyirlər və maliyyə vəsaitləri ilə bağlı daha pessimistdirlər.
Dünən ABŞ-ın texnologiya şirkətlərinin səhmləri 2022-ci ildən bəri ən kəskin itkilərini yaşayıb (ucuzlaşıblar), Nasdaq 100 indeksi dünən təxminən 4 faiz düşüb, NASDAQ 100 texnoloji indeksinə daxil olan şirkətlərin ümumi kapitallaşması bir gündə 1 trilyon dollar azalıb, çünki investorlar daha riskli aktivlərdən qaçırlar.
"Möhtəşəm Yeddi" texnologiya şirkətlərinin shəmlərini göstərən indeks 5,4 faiz düşüb. S&P 500 indeksi də rekord həddən 9 faizə qədər geriləyib. Kriptovalyutalar dəyərini itirib. Bitcoin dünən təxminən 5 faiz, ikinci ən böyük rəqəmsal aktiv Ether isə təxminən 9 faiz ucuzlaşıb. ABŞ-da reytinqli on şirkət istiqrazların buraxılışını təxirə salıb.
Wall Street-in qorxu indeksi VIX yüksəlib. İnvestorlar təhlükəsiz sığınacaq kimi gördükləri ABŞ istiqrazlarına axın etdikcə gəlirlər aşağı düşüb. ABŞ-ın 2 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi oktyabr ayından bəri ən aşağı səviyyəyə çatıb.
Zərərlər ilkin olaraq bu səhər fyuçers indeksləri ilə Asiya bazarlarında əks olunub. Honq-Konq və Çin fond bazarları itkilərdən sonra bərpa olunub.
ABŞ-dakı satışlar bazarın "ulduz" səhmlərinin qiymətlərini də aşağı salıb. "Möhtəşəm Yeddilik" kimi tanınan 7 böyük texnologiya şirkətinin səhmləri də pik səviyyələrindən 20 faizdən çox ucuzlaşıb.
Tramp vəzifəyə gəldikdən sonra sürətlə bahalaşan Tesla şirkətinin səhmləri ilə bağlı vəziyyət dəyişib. Tesla-nın səhmləri ilin əvvəlindən bəri 45 faiz ucuzlaşıb. Şirkətin bazar dəyəri 600 milyard dollar azalıb.
Dünyanın ən dəyərli şirkətlərindən biri olan Nvidia-da çöküş davam edib. Nvidia iki ayda 1 trilyon dollar dəyər itirib.
Bazarda narahatlıq səviyyəsini ölçən VIX indeksi də 6 gündür kritik hədd olan 20-nin üstündədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
-
10 d. əvvəl
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
-
-
14 d. əvvəl
Ziraat Bank Azərbaycan ABA tərəfindən 6 nominasiya üzrə mükafatlandırılıb
-
28 d. əvvəl
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
-
36 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
43 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
46 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
1 saat əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Ən çox oxunanlar
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub




















