Ölkələrin qızıl ehtiyatları açıqlanıb
Dünya Qızıl Şurası ölkələrin qızıl ehtiyatlarını açıqlayıb.
“Marja” Şuraya istinadən xəbər verir ki, dünyada ən çox qızıla malik ölkə 8 min 133,5 tonla ABŞ-dır. Bu ölkənin qızıl ehtiyatlarının ümumi ehtiyatları içindəki payı 74,2 faiz səviyyəsindədir.
Avropa iqtisadiyyatının "mühərriki" ə olan Almaniya isə 3 min 377,9 tonluq ehtiyatı ilə siyahıda ikinci yeri tutur. Ölkənin qızıl ehtiyatlarının ümumi ehtiyatları içindəki payı isə 68,1 faiz təşkil edib.
Böyümə sürəti ilə dünyanın diqqətini üzərinə çəkməyi bacaran Çin, 1842,6 tonluq qızıl ehtiyatına malik olmasına qarşı, bu həcm ölkənin ümumi ehtiyatının yalnız 2,2%-nə qarşılıq gəlir.
Bölgənin bir başqa inkişaf etmiş iqtisadiyyatı Yaponiyanın da 765,2 ton qızıl ehtiyatı var. Ölkə bu ehtiyatla siyahıda 9-uncu sırada olmasına baxmayaraq, qızıl ehtiyatı ümumi ehtiyatının 2,4%-ni yaradır.
Zəngin qızıl yataqları ilə bilinən Səudiyyə Ərəbistanı isə 322,9 ton qızıl ehtiyatına malikdir. Bu rəqəm ölkənin ümumi ehtiyatının 2,2%-ni təşkil edir.
2017-ci ilin yanvar ayının 1-ə olan göstəriciyə əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. Ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür.
Qeyd edək ki, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb.
Dünya üzrə ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır. Bu ölkənin qızıl-valyuta ehtiyatları 1 tondur, bu isə ölkə məxsus valyuta ehtiyatının 2,8%-nə bərabərdir.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
21 d. əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
36 d. əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
54 d. əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Ən çox oxunanlar
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb




















