Rusiyanın AvtoVAZ şirkəti: Renault geri qayıtmaq istəsə, ən azı 1,3 milyard dollar ödəməlidir
Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ-ın rəhbəri Maksim Sokolov bildirib ki, şirkətdəki payını satan Renault geri qayıtmaq istəsə, ən azı 112,5 milyard rubl (təxminən 1,3 milyard dollar) ödəməli olacaq.
Marja xəbər verir ki, Moskvada jurnalistlərə açıqlama verən Sokolov, Fransız Renault-nun əvvəllər əsas səhmdarı olduğu AvtoVAZ ilə yenidən ortaqlığa girəcəyi ilə bağlı iddiaları dəyərləndirib.
Sokolov, Renault-nun yola düşməzdən əvvəl AvtoVAZ-a ildə orta hesabla 20-22 milyard rubl sərmayə yatırdığını və AvtoVAZ-ın Fransa şirkəti getdikdən sonra da bu investisiyaları davam etdirdiyini bildirib.
Keçən dövrdə investisiya məbləğinin ildə 40 milyard rublu keçdiyinə diqqət çəkən Sokolov, "Aydındır ki, bu sərmayələr bir şəkildə qarşılanmalıdır, bu səbəbdən giriş qiyməti çıxış qiymətinə bərabər olmayacaq. Renault geri qayıtmaq istəsə, ən azı 112,5 milyard rubl (təxminən 1,3 milyard dollar) ödəməli olacaq", - deyib.
Renault Ukrayna müharibəsindən sonra Rusiyadakı fəaliyyətini dayandırıb, şirkətin aktivləri də Rusiya dövlətinə keçib.
Lada markalı avtomobillərin də istehsalını həyata keçirən AvtoVAZ-ın Qərb şirkətlərinin geri çəkilməsindən sonra Rusiyada satışları xeyli artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)
