Bülbülə gölü ətrafında yeni bulvar olacaq, gölün üzərindən körpü salınacaq
Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.
Bu barədə Marja.az Bakı Abadlıq Xidmətinə istinadən xəbər verir.
Bir qədər də problemin kökü haqqında. Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı. Ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır. Çirkab suların axıdılması, şübhəsiz, əhalinin sağlamlığına da təsir edirdi. Bülbülə gölü ekoloji fəlakətə çevrilməsin deyə Bakı Abadlıq Xidməti ərazidə əsaslı və planlı təmir işlərinə başlayıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Bu isə havadakı üfunəti məhv edərək natəmizliyin və həşəratların kökünü kəsib. İnsanlar rahat nəfəs almağa başlayıblar.
Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün ətrafında minlik magistral xətt çəkilib. Yaxın zamanda su həmin magistralla xüsusi su təmizləyici qurğuya töküləcək.
Almaniya istehsalı olan qurğunu sazlamaq üçün həmin ölkədən mütəxəssislər dəvət olunub. Günü bu gün gölün alt qatında qızğın iş gedir, xüsusi borular çəkilir. İnfrastuktur hazır olan kimi həmin mütəxəssislər yenə gələcəklər ki, avadanlığı işə salsınlar. Bu, Suraxanı rayonunda ilk su təmizləyici qurğu olacaq. Fasiləsiz işləyən qurğu çirkli suyu təmizləyib gölə vuracaq. Yerdə qalan çirkab isə Hövsan anbarına yığılacaq, sonra da maşınlarla başqa yerə daşınacaq.
Hazırda Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Gölün ətrafında asfalt üçün alt qat hazırlanıb. Yaxın zamanda iş gücləndirilmiş rejimə keçəcək. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq. Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək.
Layihəyə görə Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.
Bakıdakı və Bakı ətrafındakı göllərin təmizlənməsi və qurudulması üzrə dövlət proqramı çərçivəsində həyata keçirilən böyük abadlıq-quruculuq işləri nəticəsində şəhərimiz təmiz göllər şəhəri kimi tanınacaq. Bülbülə bulvarı yalnız yerli qəsəbələrin əhalisi üçün nəzərdə tutulmayıb. Bura Bakı sakinərinin, həmçinin əcnəbi qonaqların da sevib-seçdiyi gəzinti məkanına çevriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
22 d. əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
2 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı











.jpg)





.jpg)

