"X"in dəyəri İlon Maskın dövründə yerində sayıb
İlon Maskın (Elon Musk) sosial media platforması "X" yeni maliyyələşdirmə turuna start verib. Maliyyələşdirmə turu çərçivəsində şirkət 44 milyard dollar dəyərində qiymətləndirdilib. Mask 2022-ci ildə şirkəti satın alanda da onun dəyəri 44 milyard dollar idi.
Bu barədə Marja.az Bloomberg-ə istinadən xəbər verir.
Bloomberg-ə danışan mənbələr maliyyələşdirmə raundunun davam etdiyini və detalların dəyişdirilə biləcəyini söyləyiblər. Bu maliyyələşdirmə turu Mask "X" şirkətini aldıqdan sonra ilk maliyyələşdirmə turudur.
ABŞ prezidenti Donald Trampın yaxın siyasi müttəfiqi olan Maskın şirkətləri Trampın yeni dövründə əhəmiyyətli dəyər artımları yaşayıb. Seçkidən sonra "Tesla"nın səhmləri 40 faiz artıb, "SpaceX" isə 350 milyard dollar dəyərində dünyanın ən böyük texnoloji startapı olub.
Mask son vaxtlar yeni maliyyə vəsaiti toplamaq səyləri ilə diqqət çəkir. Maskın süni intellekt startapı "xAI" də son həftələrdə qiymət artımı ilə maliyyə vəsaiti toplamağa çalışır.
Mənbələrin Bloomberg-ə verdiyi məlumata görə, süni intellekt şirkəti 75 milyard dollar dəyərində maliyyələşdirmə tutu üçün potensial investorlarla danışıqlar aparır, lakin şərtlər yekunlaşdırılmayıb və dəyişə bilər. "X", "xAI"da təxminən 6 milyard dollarlıq paya sahibdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
13 d. əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
4 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Ən çox oxunanlar
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI






















