"İnsanların və bizneslərin sığortaya daha çox maraq göstərməsi üçün yeni həllər üzərində işləmək lazımdır"
Bakıda "Azərbaycan Maliyyə Forumu 2025" tədbiri keçirilir.
Marja xəbər verir ki, tədbirdə PAŞA Sığorta şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova da çıxış edib.
O qeyd edib ki, bu forum maliyyə sektorunun gələcəyini formalaşdırmaq üçün birgə düşünmək və yeni ideyalar ortaya qoymaq baxımından önəmli platformadır.
Ülviyyə Cabbarova, Maliyyə sistemi hər bir ölkənin iqtisadi dayanıqlılığında mühim rol oynayır və onun ayrılmaz hissələrindən biri də sığorta sektorudur” deyərək çıxışına belə davam edib:
“Sığorta təkcə fərdlərin və bizneslərin risklərini idarə etmək üçün bir vasitə deyil, həm də ümumi iqtisadi sabitliyi qorumağa xidmət edir.
Son illərdə Azərbaycanın sığorta bazarı dinamik inkişaf edir və bunun real göstəricilərini görmək mümkündür. 2024-cü ilin nəticələrinə əsasən, sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib. Bu rəqəm sektorun maliyyə sistemindəki rolunun əhənmiyyətini göstərir.
Əlbəttə ki, bu inkişaf sevindiricidir, amma qarşıda duran yeni imkanlar və çağırışları da diqqətdə saxlamalıyıq. Bu baxımdan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmış “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sığorta sektoru üçün olduqca əhəmiyyətlidir. Biz sığorta sektoru olaraq maliyyə bazarının digər iştirakçıları - banklar, investisiya qurumları və texnologiya şirkətləri ilə daha sıx əməkdaşlıq etdikcə, sektorun potensialı daha da genişlənəcək.
Son illərdə rəqəmsallaşma bu sektorda yeni imkanlar açıb. Onlayn sığorta xidmətlərinin geniş yayılması, elektron müqavilələrin tətbiqi və avtomatlaşdırılmış həllərin inkişafı müştərilər üçün prosesi daha rahat və əlçatan edib. Ümumilikdə bütün gördüyümüz işlər elə məhz müştəri məmnuniyyətini artırılmasına və vətəndaşlara əlverişli imkanlar yaratmağa xidmət edir. Bunlar arasında təkmilləşdirilmiş mobil tətbiqlərin və yenilənmiş vebsaytların təqdim olunmasını, süni intellektin istifadəsi ilə xidmətlərin əlçatanlığının artırılmasını qeyd etmək olar.
Bununla yanaşı, sığortanın cəmiyyətdə daha geniş yayılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi də aktualdır. Sığortanın yalnız bir öhdəlik kimi deyil, həm də maliyyə təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qəbul edilməsi vacibdir. İnsanların və bizneslərin bu sahəyə daha çox maraq göstərməsi üçün yeni həllər və innovativ yanaşmalar üzərində işləmək lazımdır.
Bugünkü forumun bu mövzular ətrafında dəyərli müzakirələrə şərait yaradacağına inanıram. Burada səsləndirilən fikirlər və təkliflər sektorumuzun daha da inkişaf etməsinə töhfə verəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
-
19 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
28 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit























