Azərbaycanın xarici dövlət borcu azalıb, daxili dövlət borcu artıb - YENİ RƏQƏMLƏR
“2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten” dərc olunduAzərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən “2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten” hazırlanıb.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə ildə iki dəfə dərc olunur.
Dövlət Borcuna dair Statistik Bülleten hazırlanarkən borc hesabatlılığı üzrə bu sahədəki qabaqcıl təcrübə nəzərə alınıb.
Qeyd edilib ki, 2025-ci il 01 yanvar tarixinə Azərbaycan Respublikasının cəmi dövlət borcu (daxili və xarici dövlət borcu) 27 milyard 380,2 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337,0 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.
Xarici dövlət borcu
01 yanvar 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dolları və ya 2024-cü il üzrə 126.337,0 milyon manat (74 milyard 315,9 milyon ABŞ dolları) məbləğində olan ÜDMin 6,9 faizini təşkil etmişdir.
2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2024-cü ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 331,5 milyon ABŞ dolları və ya 20,6 faiz azalmışdır.
2024-cü il ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 1 milyard 376,0 milyon ABŞ dolları məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobondlar) üzrə 900 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ilin əvvəli ilə müqayisədə 2 faiz bəndi azalmışdır.
2025-ci ilin 01 yanvar tarixinə ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 71,0 milyard ABŞ dolları məbləğində olmaqla hesabat dövrünün sonuna xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.
Daxili dövlət borcu
01 yanvar 2025-ci il tarixinə daxili dövlət borcu 18 milyard 659,7 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan ÜDM-in 14,8 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2 milyard 793,3 milyon manat artmışdır. Daxili dövlət borcunun artmasının əsas səbəbi Strategiyaya uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi, habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi olmuşdur.
Bülletenlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 19 d. əvvəl
-
23 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 26 d. əvvəl
-
26 d. əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 34 d. əvvəl
-
45 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
54 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit


















