Dollar bahalaşır, avro isə son 2 ilin ən aşağı səviyyəsinə düşüb
ABŞ Dolları həftənin ilk ticarət günündə dəyər qazanıb. Ötən həftə 1,0125 dollara yaxın iki illik minimuma yaxınlaşan avro bu gün 0,1 faiz ucuzlaşaraq 1,0317 dollara əməliyyat olunub. Yapon yeni ABŞ dollarına nisbətdə 0,3 faizdən çox ucuzlaşaraq 151,93-ə düşüb, lakin cümə günü əldə edilən bir aylıq zirvəyə yaxın qalıb. Çin yuanı dollar qarşısında üç həftənin minimum səviyyəsinə düşüb.ABŞ Prezidenti Donald Trampın yeni gömrük rüsumları ilə (tariflər) bağlı təhdidləri qlobal bazarlarda risk iştahını azaldıb, əmtəə bazarlarına kölgə salıb, Avro, Avstraliya dolları və Kanada dolları üzərində təzyiq yaradıb. Sollar həftənin ilk ticarət günündə dəyər qazanıb.
Marja.az xəbər verir ki, Tramp ABŞ-a idxal edilən bütün polad və alüminium üçün 25 faizlik yeni tariflər elan edəcəyini açıqlayıb. O, qərarın çərşənbə axşamı və ya çərşənbə günü qüvvəyə minəcəyini bildirirb. Həmçinin Tramp hər bir ölkənin tətbiq etdiyi gömrük rüsumu dərəcələrini qarşılıqlı tariflərin açıqlanacağını da bildirib.
Son addım, Çinin ABŞ mallarına cavab tariflərinin bazar ertəsi qüvvəyə minməsindən sonra gərginliyin daha da artması ilə qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqları artırıb. Bununla belə, investorlar böyük mövqelər tutmaqda ehtiyatlı davranırlar və bazarlar nisbətən sakit qalıb.
Keçən həftə Tramp əvvəlcə Meksika və Kanadaya tarifləri elan etdi, lakin daha sonra onları yalnız Çin mallarına tətbiq edərək təxirə saldı. Pekin bu addıma cavab verdi.
Ticarət müharibəsi artdıqca, bazarlar dəyişkən və investorlar ehtiyatlı olacaqlar.
Ötən həftə 1,0125 dollara yaxın iki illik minimuma yaxınlaşan avro, bu gün 0,1 faiz ucuzlaşma olə 1,0316 dollara əməliyyat olunub (Bakı vaxtı ilə saat 10:30-a olan məlumat).
Avstraliya dolları 0,1 faiz ucuzlaşaraq 0,6270 dollara qədər son beş ilin minimumuna yaxındır. Kanada dolları dəyərinin təxminən 0,3 faizini itirib. Kanada ABŞ-a ən böyük alüminium tədarükçüsüdür.
Yapon yeni və Çin yuanı da dəyər itirir
Yapon yeni ABŞ dollarına nisbətdə 0,3 faizdən çox ucuzlaşaraq 151,93 səviyyəsinə düşüb.
Çin yuanı dollar qarşısında əsas həddi aşaraq son üç həftənin ən aşağı səviyyəsinə düşüb. Artan ticarət gərginliyi Çin valyutasına təsir etməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
5 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı











.jpg)





.jpg)


