Azərbaycanın neft fondunun aktivləri 60 milyard dolları keçib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2024-cü il dekabr ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 milyard 69,7 milyon ABŞ dolları) nisbətən 7,1% və ya 3 milyard 961,7 milyon ABŞ dolları artaraq 60 milyard 31,4 milyon ABŞ dolları (təxminən 102 milyard 53 milyon manat) təşkil etmişdir.
2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 18 milyard 39,0 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil etmişdir.
2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 milyard 461,4 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil etmişdir.
Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 milyard 795,3 milyon manat təşkil etməklə investisiya portfeli üzrə gəlirlilik 6% olmuşdur.
Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 12 milyard 781 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin yanvar-dekabr aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 47,3 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 34,1 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 1 milyard 592,2 milyon manat təşkil etmişdir.
2024-cü ildə aktivlərin artımı ARDNF-nin vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olmuşdur.
İl ərzində səhm bazarlarında müşahidə olunan müsbət tendensiyanın 4-cü rübdə də davam etməsi Fondun aktivlərinə öz töhfəsini vermişdir. Bunun səbəbləri kimi isə ümumilikdə böyük texnologiya şirkətlərinin bazar dəyərlərində artımın davam etməsi, ABŞ-də keçirilən seçkilərdən sonra şirkətlərin gəlirliliyinə müsbət təsir edə biləcək əlverişli biznes mühiti ilə bağlı investor gözləntiləri göstərilə bilər.
"Eyni zamanda, aparıcı mərkəzi banklar tərəfindən faiz dərəcələrinin azaldılmasının davam etdirilməsinə baxmayaraq, dövlət istiqrazlarının gəlirlilik dərəcələrində son rübdə artımlar müşahidə olunmuşdur. Bu artımlar istiqraz bazarlarında müəyyən geriləmələrə səbəb olsa da, il ərzində orta gəlirliyinin yüksək olması Fondun borc öhdəlikləri altportfeli üçün ili müsbət nəticələrlə yekunlaşdırmağa şərait yaratmışdır. Gəlirlilik dərəcələrindəki sözügedən artımlar əsasən uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunmuşdur ki, buna başlıca olaraq inflyasiya və artan dövlət borcları kimi iqtisadi göstəricilərdəki qeyri-müəyyənliklər səbəb olmuşdur.
İl ərzində qızıl qiymətində artımın son rübdə yavaşlamasına baxmayaraq, sadalanan aktiv bütövlükdə 2024-cü ildə Fondun büdcədənkənar gəlirlərinə əhəmiyyətli töhfə vermişdir. Yüksək geosiyasi risklər, il ərzində bir çox ölkələrdə seçkilərin keçirilməsi və mərkəzi banklar tərəfindən artan tələb qızıl qiymətlərinin yüksəlməsini şərtləndirən başlıca amillərdən hesab olunur",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti



















