Trampdan "DeepSeek" açıqlaması - Amerika sənayesi üçün “oyanış zəngi” olmalıdır
ABŞ prezidenti Donald Tramp da Çin startapı DeepSeek-in süni intellekt modeli haqqında da danışıb.
Marja.az xəbər verir ki, Tramp, Çində yerləşən DeepSeek startap şirkəti tərəfindən buraxılan ən son süni intellekt modelinə müsbət baxdığını və bunun Amerika sənayesi üçün “oyanış zəngi” olması lazım olduğunu bildirib.
Son bir neçə gündə Çin şirkətinin daha sürətli və çox daha sərfəli bir süni zəka modeli inkişaf etdirdiyi barədə oxuduğunu qeyd edən Tramp, “Bu yaxşı bir şeydir, çünki o qədər pul xərcləmək lazım deyil" deyib.
Bunu müsbət və dəyərli bir şey olaraq gördüyünü vurğulayan Tramp, “Əgər bu doğrudursa və mən bunu müsbət bir şey kimi görürəm. Ssiz də bunu edəcəksiniz. Bir Çin şirkətinin DeepSeek-i işə salması sənayelərimiz üçün oyanış zəngi olmalıdır ki, qalib gəlmək üçün rəqabət aparmağa diqqət yetirməliyik",- deyib.
Çindəki "High-Flyer Capital Management" fondu tərəfindən dəstəklənən "DeepSeek", digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbə modeli "DeepSeek-R1"i yanvarın 20-də təqdim edib. Qısa müddətdə bütün dünyada intensiv şəkildə istifadə olunmağa başlayan süni intellekt modeli ABŞ-da yerləşən "ChatGPT"ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt tətbiqi olub.
Çin şirkətinin ucuz qiymətə süni intellekt modelinin bazara çıxarması Qərb şirkətlərinin, xüsusən də ABŞ-ın sektorda hökmranlığına və bu sahədə etdikləri böyük xərclərə dair şübhələri artırıb və qlobal bazarlarda texnologiya şirkətlərinin səhmlərində satış təzyiqinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







