“AzerGold” Afrikada Türkiyə şirkətləri ilə ortaq layihələrin icrasında maraqlıdır
“AzerGold” QSC və Türkiyənin dövlət və özəl şirkətləri arasında Afrika qitəsində ortaq layihələrin həyata keçirilməsi məqsədi ilə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması barədə razılıq əldə edilib.Yanvarın 22-də “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə səfərdə olan Türkiyənin Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Baş idarəsinin rəisi Şebnem Cenkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Marja xəbər verir ki, “AzerGold” QSC ilə Türkiyənin dövlət və özəl dağ-mədən şirkətləri arasında Afrika qitəsində birgə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil edilən görüşdə Zakir İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı istiqamətində görülən işlər haqqında danışıb.
“AzerGold” QSC-nin qardaş ölkənin aidiyyəti dövlət qurumları, eləcə də özəl şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən İdarə Heyətinin sədri Afrika və Orta Asiya ölkələrində dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu, bu istiqamətdə Keniya, Konqo Respublikası, Niger, Mali, Burkina-Faso, Qvineya-Bisau kimi Afrika ölkələrinin müvafiq qurumları ilə çoxsaylı rəsmi və işgüzar görüşlərin keçirildiyini qeyd edib.
Zakir İbrahimov QSC-nin mineral resurslarla zəngin olan Afrika qitəsində Türkiyə şirkətləri ilə ortaq layihələrin icrasında da maraqlı olduğunu, həm geoloji kəşfiyyat, həm də əlvan və qara metalların hasilatı istiqamətində birgə əməkdaşlığın qurulmasına müsbət yanaşıldığını diqqətə çatdırıb.
Türkiyənin Seneqal, Liberiya, Əlcəzair, Niger və digər ölkələrdə dağ-mədən sahəsi üzrə fəaliyyət göstərdiyini qeyd edən Şebnem Cenk Afrika ölkələrinin potensialı nəzərə alınaraq, bütün sahələrdə yüksələn xətlə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin sözügedən qitədə yeni əməkdaşlıqların qurulması baxımından da faydalı olacağına, bu əməkdaşlıqdan həm Türkiyə və Azərbaycanın, həm də Afrika ölkələrinin iqtisadi fayda əldə edəcəyinə əminliyini ifadə edib.
Görüşün yekunu olaraq “AzerGold” QSC və Türkiyənin dövlət və özəl şirkətləri arasında Afrika qitəsində ortaq layihələrin həyata keçirilməsi məqsədi ilə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması barədə razılıq əldə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
15 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
54 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı



















