Azərbaycan hökuməti ilə BVF arasında IV maddə üzrə məsləhətləşmələr başlanıb
Yanvarın 22-də maliyyə nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Azər Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri üzrə missiyasının üzvləri ilə görüşüb.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüş zamanı IV Maddə məsləhətləşmələrinə dair hazırlıq işləri və bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillərin istiqamətləri diqqət mərkəzində olub.
A.Bayramov 2024-cü ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icrası, 2025-ci il və ortamüddətli dövr üzrə büdcə planları və gözləntiləri, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun sabit artımı, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar və əldə olunan nəticələrlə bağlı geniş məlumat verib, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımları qeyd edib.
BVF-nin Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə missiya rəhbəri xanım Anna Bordon bildirib ki, 2025-ci il üzrə IV Maddə məsləhətləşməsinin əsas diqqət mərkəzində iqtisadi artımın sürətlənməsi və inflyasiyanın azalması daxil olmaqla son iqtisadi inkişaflar, perspektivlər və risklər yer alır.
22 yanvar - 5 fevral 2025-ci il tarixlərini əhatə edəcək missiyanın səfəri zamanı makroiqtisadi yeniliklər və perspektivlər, neft-qaz hasilatı və dekarbonizasiya təşəbbüsləri, həmçinin iqlim dəyişikliyi üzrə mitiqasiya və adaptasiya tədbirləri ilə bağlı hökumətin iqtisadi blokuna daxil olan qurumlarda müzakirələrin aparılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 18 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ























