Azərbaycan şirkətləri dünyanın “Ən yaxşı işəgötürənləri” sırasında - SİYAHI
Nüfuzlu “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatı 2025-ci il üçün dünyanın “Ən yaxşı işəgötürən” şirkətlərinin siyahısını açıqlayıb. 2400-dən çox şirkətin yer aldığı siyahıya Azərbaycandan üç şirkətin adı daxil edilib.
Bu şirkətləri və fəaliyyət göstərdiyi sahələri sizə təqdim edirik:
“PAŞA Management Company” – Şirkət qeyri-maliyyə aktivlərindən ibarət biznesi idarə edir;
“Azərbaycan Beynəlxalq Bankı” – Bank sektorunda fəaliyyət göstərir;
“Azerconnect Group” – İKT və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərir.
Qeyd edək ki, cari ildə “Ən yaxşı işəgötürən” sertifikatını əldə etmiş şirkətlər sırasında “IBM”, “Coca-Cola”, “Airbus”, “BP”, “Shell”, “DHL”, “PepsiCo”, “Ford”, “Huawei”, “HSBC”, “Bosch”, “Renault Group” və digər dünya nəhəngləri də var.
Xatırladaq ki, 1991-ci etibarən “Top Employers Institute” dünyanın “Ən yaxşı işəgötürən” şirkətlərini sertifikatlaşdırır. Nüfuzlu qurum dünya təcrübəsindən irəli gələn 255 meyar üzrə şirkətlərin iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və digər istiqamətlərdə fəaliyyətini qiymətləndirir. “Top Employers Institute” 2025-ci ildə 125 ölkədə/regionda 2400-dən çox təşkilatı sertifikatlaşdırılıb. Bu sertifikata layiq görülmüş “Ən yaxşı işəgötürənlər” qlobal miqyasda 13 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



























