Azərbaycanın ixracı azalıb, idxalı artıb - ARDICIL 2 AY MƏNFİ SALDO YARANIB
Müsbət saldo 16 milyard 613 milyon 210 min ABŞ dollarından 5 milyard 496 milyon 12 min ABŞ dollarına düşüb.Beləliklə, ötən il Azərbaycanın xarici ticarət əməliyyatların müsbət saldosu 3 dəfə azalıb.2024-cü ildə (yanvar-dekabr) Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
O cümlədən, 2024-cü ildə Azərbaycanın ixracı 26 milyard 554 milyon 56 min ABŞ dolları, idxalı isə 21 milyard 58 milyon 44 min ABŞ dolları məbləğində olub. Saldo müsbət 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 51 milyard 183 milyon 900 min ABŞ dolları, o cümlədən, ixracı 33 milyard 898 milyon 554 min ABŞ dolları, idxalı 17 milyard 285 milyon 345 min ABŞ dolları, saldo 16 milyard 613 milyon 210 min ABŞ dollar təşkil etmişdi.
2024-cü ilin noyabr və dekabr aylarında da Azərbaycanın xarici ticarət əməliyyatlarında mənfi saldo yaranıb. Mənfi saldo noyabrda 535 milyon 352 min dollar, dekabr ayında isə 70 milyon 8 min dollar təşkil edib. 2024-cü ilin Mart və Sentyabr aylarında da saldo mənfi idi.
2024-cü ilin noyabr ayında Azərbaycanın ixracı 1 milyard 599 milyon 713 min dollar, idxalı 2 milyard 135 milyon 64 min dollar, dekabr ayında isə Azərbaycanın ixracı 2 milyard 216 milyon 194 min dollar, idxalı 2 milyard 286 milyon 203 min dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)






.jpg)




