Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda
(®) Hər il olduğu kimi bu il də Kapital Bank Vyanada keçirilən 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa forumunda iştirak edib.
Bu mötəbər forum regionun əsas iqtisadi və maliyyə məsələlərini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün platforma rolunu oynayaraq 2000-dən çox maliyyə bazarı liderini, hökumət nümayəndəsini, investor və beynəlxalq təşkilatı bir araya gətirib.
Forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil ediblər. Qeyd edək ki, bankın öncəliyi daim dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərinə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, xüsusilə aparıcı Avropa və Şərqi Avropa banklarının nümayəndələri ilə görüşüb, beynəlxalq maliyyə bazarlarında baş verən yeni tendensiyalar barədə fikir mübadiləsi aparıblar.
“Euromoney” Mərkəzi və Şərqi Avropa Forumu regiondakı əsas oyunçuların çağırışları və imkanları təhlil etmələrinə, sabitliyi və inkişafı təşviq edən siyasətlərin yaradılmasına töhfə vermələrinə imkan yaradır. Forumda mərkəzi bankların müasir iqtisadi mühitdə qarşılaşdıqları çətinliklər və imkanlar, inflyasiyanın öhdəsindən gəlmək üçün maliyyə siyasətinin effektivliyinin qiymətləndirilməsi, rəqəmsal valyutaların tətbiqi kimi mövzular müzakirə olunub.
Bundan əlavə forumda iqtisadi dayanıqlılıq, Ekoloji, Sosial və İdarəetmə (ESİ) təşəbbüsləri, maliyyə sektorunun rəqəmsallaşdırılması, davamlı maliyyələşdirmənin çətinlikləri və Avropa İttifaqına inteqrasiya prosesində Avropa iqtisadiyyatının gələcəyi kimi məsələlər də diqqət mərkəzində olub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb















.jpg)




