Prezident “Yaşıl Çay”ın plantasiyasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkərana səfəri çərçivəsində fermer Araz Yaqubovun “Yaşıl Çay” MMC-nin plantasiyasında görülən işlərlə tanış olub.
Dövlətimizin başçısına plantasiya barədə ətraflı məlumat verilib. Bildirilib ki, sovetlər dönəmində Lənkəranın İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda Prezident İlham Əliyevin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. “Yaşıl Çay” MMC də yaradılan bu şəraitdən səmərəli istifadə edir. Fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” sortundan ibarət çay plantasiyaları salınıb. 2015-ci ildə - ölkədə elan edilən “Kənd təsərrüfatı ili”ndə ilk dəfə seçmə üsulu ilə yığım aparan “Yaşıl Çay” fermer təsərrüfatının sahələrindən bu il daha bol məhsul gözlənilir. Təsərrüfatın ümumi çay əkini sahəsi 61 hektardır. Gələcəkdə isə çay sahələrinin ümumi sahəsi 100 hektara çatdırılacaq. Sahələrin Hollandiyadan dəvət olunan mütəxəssislər tərəfindən qurulmuş suvarma şəbəkəsi vasitəsilə çiləmə üsulundan istifadə etməklə suvarılması həyata keçirilir. Təsərrüfatda xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə olunur. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir. Mineral gübrələr əvəzinə üzvü gübrələrdən daha çox istifadə olunur. Bunun nəticəsində burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən tam təmiz olur.
Prezident İlham Əliyevə məlumat verildi ki, yığılan yaşıl çay yarpağı müəssisənin nəzdindəki istehsal sahəsində emal edilir və qablaşdırılır. Burada yüksək keyfiyyətli “Lənkəran çayı” brendi altında müxtəlif çeşiddə çaylar istehsal edilir.
Dövlətimizin başçısı “Yaşıl Çay” MMC-nin tut tingləri əkilən sahəsinə də baxdı. Bildirildi ki, hazırda ölkəmizdə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin əkilib-becərilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Baramaçılığın inkişaf etdirilməsi üçün intensiv tipli yeni tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən tinglərin 40 mini bölgü əsasında Lənkəran rayonuna göndərilib. Həmin tinglərin 12 mini rayonun “Yaşıl Çay” fermer təsərrüfatına verilib. Qısa müddətdə təsərrüfatın işçiləri tut tinglərini aqrotexniki qaydada hazırlanan torpaqlara əkiblər. Bununla da təsərrüfatda yeni bir sahənin - baramaçılığın yem bazasının əsası qoyulub.
Sonra Prezident İlham Əliyev fermer təsərrüfatının işçiləri ilə görüşüb.
İŞÇİLƏR: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Sağ olun. Necəsiniz?
İŞÇİLƏR: Çox sağ olun, yaxşıyıq. Bayramınızı təbrik edirik, cənab Prezident. Qədəmləriniz uğurlu olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən də sizi təbrik edirəm, bayramınız mübarək.
İŞÇİLƏR: Bizim üçün bu şəraiti yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Prezident İlham ƏLİYEV: Sağ olun. Çox yaxşıdır ki, burada çayçılıq inkişaf edir. Lənkəran həmişə Azərbaycan çayçılığının mərkəzi olub. İndi də bu ənənəvi sahəni bərpa edirik. Çox şadam ki, bu sahə bərpa olunur. Sahələr artırılır və iş yerləri açılır, xüsusilə də qadınlar üçün. Çünki ənənəvi olaraq Azərbaycanda çayçılıqla qadınlar məşğul olurlar. Necədir işinizdən razısınız?
İŞÇİLƏR: Bəli, cənab Prezident, razıyıq.
Prezident İlham ƏLİYEV: Yaxşı maaş verilir?
İŞÇİLƏR: Bəli, yaxşıdır.
Prezident İlham ƏLİYEV: Çox yaxşı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
9 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
9 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
9 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar










.jpg)






.jpg)



