Prezident Sərəncam imzaladı
Prezident İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.Prezident təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.
XXX
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə qərara alıram:
1. 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzasının səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Dövlət Komissiyasının sədri
Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri
Dövlət Komissiyasının üzvləri:
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Arif Məmmədov – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.
2. Dövlət Komissiyası:
2.1. baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etsin;
2.3. qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etsin;
2.4. Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2024-cü il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
11 d. əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
2 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
2 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Ən çox oxunanlar
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər






















