Avropa İnvestisiya Bankı Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırdı
Kredit iki yeni Data Mərkəzinin tikintisi üçün sərf olunacaq.Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda ilk dəfə olaraq dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kredit ayırıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin iki yeni Data Mərkəzinin tikintisi üçün sərf olunacaqkreditin məbləği 43 milyon avro təşkil edir. Layihənin məqsədi dövlət şirkəti tərəfindən təqdim olunan “bulud” xidmətlərini daha da genişləndirmək və əlçatan etməkdir.
Dekabrın 20-də kredit sazişinin təsdiqlənməsi ilə bağlı “AzInTelecom” MMC-nin inzibati binasında imzalanma mərasimi keçirilib.
Layihə ilə bağlı AİB-nin vitse-prezidenti Teresa Çervinska Azərbaycanın dövlət sektoruna ilk kredit dəstəyini rəsmiləşdirməkdən məmnun olduqlarını bildirib: “Məlumat əlçatanlığının təkmilləşdirilməsi və davamlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetləri sırasındadır. İnnovasiya və şəffaflığa yönəlmiş bu sərmayə təkcə dövlət idarəçiliyinin müasirləşdirilməsinə deyil, həm də davamlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcəkdir”.
Azərbaycan tərəfdən müqaviləni imzalayan “AzInTelecom” MMC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Elxan Əzizov bildirib ki, bu layihə ölkədə gedən rəqəmsal transformasiyaya mühüm təkan verəcək: “Bu layihənin reallaşması ilə istər kiçik, istər böyük qurumlar üçün bulud xidmətləri daha əlçatan olacaq. Təbii ki, bu da öz növbəsində Azərbaycanda rəqəmsal ekosistemin inkişafına birbaşa müsbət təsirini göstərəcək. Onu da qeyd edim ki, Abşeron və Hacıqabul rayonlarında tikilməsi nəzərdə tutulan hər iki Data Mərkəzin inşası yaşıl texnologiyalar əsasında aparılacaq”.
Qeyd edək ki, bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planına (EIP), eləcə də “Global Gateway” strategiyasına uyğun olaraq həyata keçirilir. Eyni zamanda Avropa İttifaqının regionda dayanıqlı inkişafı və rəqəmsal transformasiyanı təşviq etmək öhdəliyini vurğulayır.
“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə Data Mərkəzləri ilə bağlı beynəlxalq nüfuzlu “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda Bakı və Yevlax şəhərlərində yerləşən Data Mərkəzləri üzərindən dövlət və özəl sektorda 200-dən çox quruma “bulud” xidmətləri göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
-
19 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
28 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit




















