Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir
Yeni həll müştəri sorğularının 24/7 rejimində operativ şəkildə cavablandırırAzərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha bir yeniliyə imza atır. Şirkət “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” həllini istifadəyə verir.
Bu gündən etibarən “AI Chat Bot” tətbiqin “chat” bölməsində müştərilərə operativ və fasiləsiz xidmət göstərir. Belə ki, abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll sorğuları 24/7 rejimində cavablandırır. Hazırda “AI Chat Bot” yalnız Android platformasında mövcuddur, lakin tezliklə iOS istifadəçiləri üçün də əlçatan olacaq. Xidmətdən yararlanmaq üçün tətbiq yenilənməlidir.
Yeni xidmətin üstünlükləri:
- Müştəri sorğularını ani emal edir;
- Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
- Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.
Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.
Qeyd edək ki, Azercell ötən il Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i təqdim edib. Abunəçilərin bir çox sorğusunu özü icra edən “AiCell” ehtiyac olduqda zəngləri IVR və ya operatora yönləndirir.
Hər iki xidmətin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir.
Şirkət yeni xidmətləri ilə bağlantını asanlaşdırıb, həyatı daha dolğun etməyi hədəfləyir.
“Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın!
Ətraflı məlumat üçün: https://www.azercell.com/az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
18 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
27 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit




















