“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC 3-4 dekabrda Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda iştirak edib.
Tədbirin əsas tərəfdaşı kimi forum məkanında “AzInTelecom”un stendi quraşdırılıb. Stenddə “AzInTelecom”un maliyyə sektoru üçün faydalı olan məhsul və xidmətləri haqqında iştirakçılara məlumat verilib. Burada xüsusilə banklara unikal imkanlar təqdim edən SİMA rəqəmsal imza, “SİMA Pay”, “SİMA KYC” və onun alt məhsulları olan “Videozəng” və “Videoqeydiyyat” həlləri ilə bağlı məlumatlar təqdim edilib.
Tədbirin ilk günü “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “SİMA bankçılıq innovasiyalarının inkişafında” mövzusunda panel müzakirələrdə çıxış edib. SİMA ilə bankların öz xidmətlərini uğurla rəqəmsallaşdırmasından danışan F.Fərəcullayev bildirib ki, SİMA ilə banklar, eləcə də digər maliyyə təşkilatları bir sıra əməliyyatlarda vaxta, xərcə və kağıza qənaət etmə imkanı əldə ediblər.
Qeyd edək ki, “AzInTelecom”a məxsus “SİMA İmza”, “SİMA KYC” rəqəmsal həllərindən artıq Azərbaycanda 9 bank öz xidmətlərinin rəqəmsallaşdırılmasında istifadə edir. Bura kredit müqavilələrinin imzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, onlayn əmanət yerləşdirilməsi və s. bank əməliyyatlarının bank filiallarına getmədən, məsafədən həyata keçirilməsi daxildir. Bundan başqa, çoxsaylı maliyyə təşkilatları (BOKT, investisiya şirkətləri, elektron pulqabı və s.) da avtorizasiya və imzalama proseslərini SİMA məhsulları sayəsində rəqəmsallaşdırıblar.
Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” ilə maliyyə sektorunda iş yükü önəmli dərəcədə azalır, vətəndaşlar isə maliyyə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlər toplamadan həll edirlər. SİMA rəqəmsal həllər platforması ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
14 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində






















