"Azərbaycanda qarşıdakı 10 ildə inflyasiya 5% civarında olacaq"
"Son on ildə Azərbaycanda inflyasiya orta hesabla 5,5% təşkil edib və biz inflyasiyanın 2033-cü ilə kimi 10 illik proqnoz dövrü ərzində orta hesabla 5,0% olacağını gözləyirik".
Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.
Qeyd edilib ki, ərzaq qiymətlərinin artması və Rusiya-Ukrayna müharibəsi səbəbindən inflyasiya tarixi yüksək həddə çatmışdı. Bu isə Azərbaycan üçün tədarük zəncirinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb oldu. Qarşıdakı illərdə isə qiymətlərin tədricən azalacağı gözlənilir: "Biz bunun yerli valyutada hər hansı ciddi stressə səbəb olacağını gözləmirik. Bu dövrdə məzənnənin əsasən sabit qalacağına dair fikirlərimizi nəzərə alaraq, inflyasiyanın uzunmüddətli dövrdə yenidən trendə dönəcəyini proqnozlaşdırırıq".
Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiya hədəfi hazırda 2,0-6,0% təşkil edir və AMB ilk növbədə məzənnəyə nəzarət vasitəsilə qiymət sabitliyini təmin edir: "Biz hesab edirik ki, hazırda AMB inflyasiyanı 2015-ci ildə manatın devalvasiyasından sonra (qlobal neft qiymətlərinin çökməsindən sonra) daha yaxşı idarə edir. Bununla belə, qeyd etmək lazımdır ki, iqtisadiyyatın hələ də yüksək dollarlaşma səviyyəsi (bank əmanətlərinin 48.4%-i xarici valyuta ilə denominasiya olunub) pul siyasətinin ötürücülüyünün daha az effektiv olmasına səbəb olur və nəticədə inflyasiya qalıcı ola bilər."
FS əlavə edib ki, Mərkəzi Bank 2026-cı ilə qədər inflyasiya hədəfli pul siyasəti sisteminə tam keçid üçün dörd illik plan müəyyən edib, bu da həmin vaxta qədər Mərkəzi Bankın manatın valyuta bazarında daha sərbəst ticarət etməsinə imkan verəcəyini göstərir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
26 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


