Unilever bəzi qida brendlərini satmağı planlaşdırır
Unilever-in baş direktoru Hein Şumaxer ümumi satışları təxminən 1 milyard avro (1,05 milyard dollar) olan bir neçə qida markasını satmağı nəzərdən tutduqlarını açıqlayıb.Dünyanın ən böyük qida məhsulları istehsal edən şirkətlərindən biri olan Unilever-in bir müddətdir gündəmdə olan qida bölməsində bəzi markaları satmaq planını şirkətin yüksək səviyyəli rəhbəri ictimaiyyətə açıqlayıb.
Marja xəbər verir ki, Hollandiyanın FD qəzetinə danışan Unilever-in baş direktoru Hein Şumaxer (Hein Schumacher), ümumi satış gəliri təxminən 1 milyard avro olan qida markalarının satılacağını bildirib.
Şumaxer, Unilever-in qida biznesini sadələşdirmək üçün daha əvvəl elan etdiyi planı çərçivəsində hansı brendləri satmağı nəzərdə tutduqlarını açıqlamayıb.
Dünya miqyasında 400-ə yaxın brendi olan Unilever, xüsusilə də Avropada özünün ən güclü 30 brendinin marketinqinə və biznesini sadələşdirməyə daha çox diqqət yetirmək üçün son bir il ərzində fəaliyyətinə əsaslı dəyişikliklər etməyə çalışır.
Mart ayında Unilever "Magnum" və "Ben & Jerry's" kimi brendlərin olduğu dondurma bölməsini satacağını açıqlamışdır.
Şumaxer bildirib ki, o, "kifayət qədər müxtəlif qida brendləri portfelini" kiçiltməyi hədəfləyir və souslar, ədviyyatlar və restoranlar üçün digər peşəkar məhsullara fokuslanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
4 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
23 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 23 saat əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























