Azercell media nümayəndələri üçün “Media texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edəcək
Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir“Azercell Telekom” MMC jurnalistikanın inkişafına, mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərini davam edir. Lider mobil operator 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında bu sahə üzrə yazan jurnalistlər üçün xüsusi təlim təşkil edəcək.
Beynəlxalq təlim mərkəzi tərəfindən “Media texnologiyaları: yeniliklər və trendlər” mövzusunda həyata keçiriləcək təlim jurnalistlərə yeni media tendensiyaları və qabaqcıl texnologiyalar haqqında biliklərini dərinləşdirmək imkanı verəcək.
Təlimdə iştirak etmək istəyən jurnalistlərdən https://forms.office.com/r/g1VyFRzqvD səhifəsindən qeydiyyatdan keçmək xahiş olunur. Çap və elektron kütləvi informasiya vasitələrində ən azı bir il iş təcrübəsinə malik media nümayəndələri müvafiq anketi dolduraraq şəxsi məlumatları ilə yanaşı, son 6 ay ərzində (25.11.2014 tarixinə kimi) texnologiya, innovasiya, rəqəmsal inkişaf mövzularında dərc etdikləri məqalələrini/yazılarını da təqdim etməlidirlər.
Müraciətlər Mətbuat Şurasının üzvü daxil olmaqla, bu sahənin ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Bütün kriteriyalara uyğun gələn jurnalistlərə təlimdə iştirak üçün xüsusi dəvətnamə göndəriləcək.
Son müraciət tarixi: 01.12.2024
Azercell-in təşəbbüsləri və qarşıdan gələn tədbirlər haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















