Azərbaycanda tərəvəz istehsalı 1,8%, tərəvəz ixracının dəyəri 1,2% artıb
2024-cü ildə respublikada tərəvəz məhsullarının istehsalında artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir ki. yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 1,785.6 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur.
Məhsul istehsalının artması ölkədən tərəvəz ixracının həcminin də artmasına müsbət təsir göstərib.
2024-cü ilin 10 ayı ərzində Azərbaycandan xarici bazarlara 175,2 milyon dollar dəyərində tərəvəz ixrac olunub.
Yanvar-oktyabr aylarında xarici bazarlara ixracatın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çox olub.
Ölkəmizdən xarici bazarlara əsasən, kartof, pomidor və digər tərəvəz məhsulları ixrac olunur.
Respublikada tərəvəz əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş tərəvəz əkinlərinin hər hektarına görə fermerlərə 310 manat subsidiya veriləcək.
Müasir suvarma sistemi ilə təmin olunmamış sahələrdə tərəvəz becərən fermerlər isə hər hektara görə dövlətdən 250 manat subsidiya alacaqlar.
Bu qərarın qəbulunda məqsəd su resurslarından səmərəli istifadə etmək, təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqini genişləndirməkdir.
Qeyd edək ki, təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılması xərclərinin 40 faizini dövlət qarşılayır. Fermerlər 20 faiz ilkin ödəniş etməklə təsərrüfatlarında müasir suvarma sistemi quraşdıra bilərlər. Qalan məbləğin 40 faizi dövlət tərəfindən ödənilir, digər 40 faiz məbləğ isə bank tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir.
Müasir suvarma sistemlərinin quraşdırılmasına dövlət dəstəyi mexanizmi sayəsində təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqi artıb. Aqrar Subsidiya Şurasının yeni subsidiya siyasəti bu prosesi daha da genişləndirmiş olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)

