Azərbaycanda yaşıl texnologiyalar əsasında 2 yeni data mərkəzi tikiləcək
Əsas və ehtiyat data mərkəzləri Abşeron və Hacıqabul rayonlarında tikiləcək.Azərbaycanda yaşıl texnologiyalara əsaslanan, karbonsuzlaşdırılmış materiallarla iki yeni data mərkəzi tikiləcək.
Data mərkəzləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin balansında olacaq.
Abşeron və Hacıqabul rayonlarında tikiləcək əsas və ehtiyat data mərkəzlərində karbon emissiyalarını minimuma endirmək üçün bir sıra qabaqcıl texnologiya və metodlardan istifadə olunacaq. Ekoloji tarazlığın qorunması məqsədilə hər iki tikilidə enerji səmərəliliyi, sulardan səmərəli istifadə, tullantıların utilizasiyası və təbii soyutma sistemləri kimi innovativ yanaşmalar tətbiq ediləcək.
Artıq hər iki data mərkəzinin inşası üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəlxalq keyfiyyət standartlarını müəyyən edən “TIER 3 Design” sertifikatı alınıb. “AzInTelecom”, eyni zamanda bu data mərkəzləri üçün infrastrukturun ekoloji cəhətdən dayanıqlı olmasını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatı üçün tələb olunan ilkin “LEED” Hesabatı da əldə edib.
Tikinti zamanı torpaq eroziyasını və suyun çirklənməsini minimuma endirmək üçün ətraflı plan hazırlanıb. Bundan başqa tikinti zamanı toz və kimyəvi təsirlərin, dolayı yolla havanın çirklənməsinin qarşısını almaq da prioritet məsələlərdəndir. Data mərkəzlərində günəş enerjisindən istifadəni təmin etmək üçün günəş panelləri quraşdırılacaq ki, bu da dolayı yolla karbon emissiyasının minimuma endirilməsinə kömək edəcək.
2024-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan “AzInTelecom” fəaliyyətini ekoloji idarəetmə prinsiplərinə uyğunlaşdırmağı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və ekosistemə daha geniş dəstək verməyi özünə hədəf qoyub. Şirkət texnoloji inkişaf və ekoloji məsuliyyət arasında tarazlığı qorumağı hədəfləyir.
“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda 200-dən çox dövlət qurumu və özəl şirkətə “bulud” xidmətləri göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
18 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
27 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit





















