Bazarın "canavarı" səhmlərdən çıxır
Tanınmış investor indi rekord məbləğdə nağd vəsaitə malikdir."Berkshire Hathaway"in rəhbəri, tanınmış investor Warren Buffett səhmlərdən çıxmağa davam edir. Buffetin şirkəti ən son satışlar ilə 352,2 milyard dollarlıq rekord nağd məbləğə çatıb.
Marja xəbər verir ki, Warren Buffett və Berkshire Hathaway üçüncü rübdə səhmlərdən çıxışlarını genişləndirib. Şirkət Apple səhmlərini satmağa davam edərkən, nağd pul vəsaitləri 352,2 milyard dollara yüksəlib.
Berkshire şənbə günü açıqladığı rüblük hesabatında bir neçə milyard dollarlıq Bank of America səhmlərinə əlavə olaraq təxminən 100 milyon Apple səhmini satdığını qeyd edib.
Berkshire-ın rüb ərzində öz səhmlərini geri almadığı müşahidə edilib. Bu vəziyyət, Baffetin hətta öz şirkətinin səhmlərinin hələ lazımi səviyyədə qiymətləndirilmədiyini düşündüyünü göstərir.
Berkshire-nin BNSF dəmir yolu və Geico avtomobil sığortası kimi investisiyalarından əldə etdiyi əməliyyat mənfəəti, əvvəlki ilin üçüncü rübündə 10,76 milyard dollar olduğu halda, bu ilin eyni dövründə 6 faiz azalaraq 10,09 milyard dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
11 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 11 saat əvvəl
-
13 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək




















