Bakıda havadan xoşagəlməz qoxunun gəlməsinin səbəbi araşdırılır
Artıq bir neçə gündür ki, Bakıda havadan xoşagəlməz qoxunun gəldiyi deyilir. Bu barədə vətəndaşlar sosial şəbəkə hesablarında da yazırlar. Bəziləri bunu qaz, digərləri isə boya qoxusuna bənzədir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində yayılan iy-qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb. Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır.
Mövzu ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin də mövqeyini öyrənilib. Bildirilib ki, qaz qoxusunun gəlməsinə səbəb olacaq sızmalar texniki cəhətdən qeyri-mümkündür: “Azəriqaz” İstehsalat Birliyindən ölkədə qüvvədə olan qanunvericiliyə və normativ texniki qaydalara əsasən yeraltı və yerüstü qaz kəmərlərinə təyin olunmuş dövrlərdə texniki baxış keçirilir. Hər rübdə bir dəfədən az olmayaraq yerüstü qaz kəmərlərinə baxış keçirilir. Həmçinin, istismar müddətindən asılı olaraq ayda, yaxud rübdə bir dəfədən az olmayaraq yeraltı qaz kəmərlərinə xüsusi qazanalizatrlar vasitəsilə texniki baxış keçirilir.
Qaz sızmaları aşkar olunarsa, dərhal aradan qaldırılması təmin edilir. Paytaxtda olan xoşagəlməz iy-qoxunun yayılması kimi hadisələrdə isə “Azəriqaz” İstehsalat Birliyinin balansında olan qaz kəmərlərindən sızıb və şəhərdə böyük bir qaz qoxusunun gəlməsinə səbəb olacaq sızmalar texniki cəhətdən qeyri-mümkündür. Lokal bir hadisə ola bilər. Həmin hadisələrdə də ümumilikdə qaz iyinin borulardan bu qədər yayılması texniki cəhətdən mümkün deyil. Hazırda bununla bağlı quruma müraciət də daxil olmayıb. Gündəlik yoxmalarda da belə bir qaz sızması və ya qəza halı qeydə alınmayıb”.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
30 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
44 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















