ARDNF Səudiyyə Ərəbistanında aparıcı şirkətlərinin rəhbərləri ilə mühüm görüşlər keçirib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq maliyyə bazarında strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək və investisiya portfelini şaxələndirmək istiqamətində görülən işlər çərçivəsində Səudiyyə Ərəbistanına işgüzar səfər edib.
ARDNF-in yaydığı məlumatda bildirilir ki, səfər müddətində nümayəndə heyəti Səudiyyə Ərəbistanının Maliyyə naziri Mohammed Al-Jadaan və İnvestisiya naziri Khalid A. Al-Falih kimi dövlət rəsmiləri, eləcə də “BSF”, “Vision Invest”, “Gulf Islamic Investments”, “Investcorp”, “Sanabil”, “Dubai Holding” və “Gulf Capital” kimi bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirib.
Görüşlər zamanı iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri, potensial investisiya imkanları, eləcə də strateji layihələr müzakirə edilib. Tərəflər, innovasiya, dayanıqlı inkişaf və iqtisadi diversifikasiya kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Nümayəndə heyəti eyni zamanda səfər çərçivəsində, 29-31 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Riyad şəhərində keçirilən VIII Gələcək İnvestisiya Təşəbbüsü Forumunda (FII8) da iştirak edib.
FII8 dünyanın ən nüfuzlu liderlərini və ekspertlərini bir araya gətirərək, qlobal çağırışlara cavab verən transformativ investisiya imkanlarını müzakirə etmək məqsədi daşıyıb. Forum çərçivəsində ARDNF-nin nümayəndə heyəti “Franklin Templeton”, “Starwood” və “Brookfield” kimi dünyanın aparıcı maliyyə şirkətlərinin rəhbərləri ilə məhsuldar görüşlər keçirib.
"FII8 forumu çərçivəsində aparılan müzakirələr, beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının təməlini qoymaqla yanaşı, Dövlət Neft Fondunun qlobal investisiya təcrübəsini zənginləşdirməsi baxımından da mühüm platforma rolunu oynayıb", -məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Ən çox oxunanlar
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır

















.jpg)




.jpg)
