Philips Çindəki zəif tələb səbəbindən satış proqnozunu azaldıb
"Royal Philips NV" şirkəti Çindəki zəif tələbin sifarişlərə mənfi təsir göstərdiyi üçün illik satışın artımı üzrə proqnozunu aşağı salıb.
Marja xəbər verir ki, şirkət 2024-cü il üçün proqnozunu 3-5 faiz artım aralığından 0,5-1,5 faiz artım aralılığına endirilib.
Qərargahı Amsterdamda yerləşən elektronika şirkəti bildirib ki, Çin bir çox məhsul kateqoriyasına yerli məhsuldan istifadəni şərt qoyur, bu səbəbdən yerli tibbi mərkəzləri yerli məhsullara üstünlük verirlər.
Bloomberg-ə verdiyi müsahibədə şirkətin baş direktoru Roy Jakobs, Çindəki qeyri-müəyyənliyin daha bir neçə rüb davam edəcəyini bildirib.
“Philips” şirkəti ABŞ-da yuxu maşınlarında yaranan nasazlıqlarla bağlı qaldırdığı məhkəmə iddiasında gözləniləndən az cərimə ödədikdən sonra, səhmdarların və istehlakçıların etibarını qazanmağa çalışır. Bloomberg-in hesablamalarına görə, geri çağırılan cihazların şirkətə ümumi xərci 5 milyard dollara çata bilər. ABŞ Ədliyyə Nazirliyinin araşdırması hələ də davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























