PAŞA Kapital “SIBOS 2024”də Azərbaycanın ilk və yeganə investisiya şirkəti olaraq iştirak edir
(®) Yerli kapital bazarlarının lider investisiya şirkəti PAŞA Kapital, 21 - 24 oktyabr 2024-cü il tarixlərində Pekin şəhərində keçirilən və qlobal maliyyə sektorunun ən önəmli tədbirlərindən biri olan “SIBOS 2024” Beynəlxalq Konfransında ölkəmizi təmsil edən ilk və yeganə investisiya şirkəti olaraq iştirak edir.
SWIFT tərəfindən təşkil olunan dünyanın ən nüfuzlu maliyyə konfranslarından sayılan “SIBOS 2024”-də 125-dən çox aparıcı maliyyə qurumları, investisiya şirkətləri və fintex bazarının əsas oyunçuları bir araya gəlir. Qeyd edək ki, bu konfrans, maliyyə dünyasındakı yeni trendləri və qabaqcıl texnologiyaların tətbiqini müzakirə etmək, həmçinin yeni əməkdaşlıq imkanları yaratmaq üçün xüsusi önəm kəsb edir.
PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev, bu konfransın maliyyə sektorunun gələcəyinə təsir edən strateji trendlərin öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətini vurğulayaraq, deyib: “SIBOS 2024, yalnız maliyyə sahəsində qlobal trendlərin müzakirə olunduğu bir konfrans deyil, eyni zamanda yeni əməkdaşlıq imkanları və qabaqcıl texnologiyaların maliyyə sisteminə tətbiqi üçün vacib addımların atıldığı mühüm bir platformadır”.
Eyni zamanda o, “PAŞA Kapital olaraq bu konfransda iştirakımız 10.000 nəfərdən çox maliyyə eksperti və lideri ilə qarşılıqlı əlaqə quraraq, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və gələcək maliyyə texnologiyalarının öyrənilməsi və tətbiqinə töhfə verəcəyinə inanırıq”, deyə əlavə edib.
“PAŞA Kapital”-ın xidmət və məhsulları barədə daha ətraflı məlumat üçün https://www.pashacapital.az/ rəsmi saytına daxil ola və ya 1548 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)


