Azərbaycan Çinin TBEA şirkəti ilə Anlaşma Memorandumu imzalaya bilər
Energetika naziri Çində PowerChina və TBEA şirkətləri ilə görüşübÇində səfərdə olan energetika naziri Pərviz Şahbazov “TBEA Co.,Ltd” və “PowerChina International Group” şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafını müzakirə edib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “TBEA Co.,Ltd” İdarə Heyətinin sədri Zhang Xin ilə görüşdə şirkətin istehsal, mühəndislik xidmətləri, satınalma, tikinti, enerjinin ötürülməsi və paylanması, elektrik stansiyaları, bərpa olunan enerji mənbələri və digər infrastruktur layihlələrinin maliyyələşdirilməsi üzrə fəaliyyəti barədə məlumat verilib.
TBEA şirkəti ilə Azərbaycanla bərpa olunan enerji avadanlıqlarının istehsalı, texnologiyaların təchizatı sahələrində, həmçinin regional “yaşıl enerji” infrastrukturu layihələrində əməkdaşlıq imkanları müzakirə edilib. Nazirliklə TBEA arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdən keçirilib. Söhbət zamanı COP29 çərçivəsində əməkdaşlığa da toxunulub.
“PowerChina International Group” şirkətinin vitse-prezidenti Yang Yisheng ilə görüşdə isə iki ölkə liderlərinin Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlığa yüksəldən siyasətinin “yaşıl enerji” sahəsində geniş əməkdaşlığı təşviq etdiyi bildirilib. Bu kontekstdə PowerChina şirkəti ilə Azərbaycanın bərpa olunan enerjinin inkişafı ilə bağlı növbəti mərhələsi və “yaşıl enerji dəhliz”lərini əhatə edən beynəlxalq miqyaslı fəaliyyəti çərçivəsində yeni əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Həmçinin Xızı və Abşeronda 240 MVt-lıq külək enerjisi layihəsinin həyata keçirilməsində və 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə keçirilən hərrac prosesində şirkətin iştirakından məmnunluq ifadə edilib. "PowerChina" şirkəti Xəzər dənizində külək enerjisinin istehsalı, bu enerjinin ötürülməsi və bərpa olunan enerjinin digər istiqamətləri üzrə əməkdaşlığa dəvət edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
34 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 44 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)
.jpg)














.jpg)


