PMD Hospitality-dən TABIA Group-a: "Yenilənən Qonaqpərvərlik Təcrübələri" - FOTO
"PMD Hospitality" şirkəti rebrendinq edib. Artıq Şirkət "TABIA Group" adı ilə fəaliyyətini davam etdirir.(®) 2024-cü il oktyabrın 18-də TABIA Group uzun müddətdir gözlənilən rəsmi açılışını qeyd edib və bununla da artıq PMD Hospitality-nin qonaqpərvərliyin gələcəyini yenidən müəyyənləşdirməyi hədəfləyən bir brendə çevrilməsini bəyan edib. Yeni brend, qonaqpərvərlik sahəsində gələcək təcrübələri yenidən formalaşdırmağı və yeni standartlar müəyyən etməyi hədəfləyir.
Tədbirdə sənaye liderləri, media nümayəndələri və hörmətli qonaqlar iştirak edərək, TABIA-nın yeni brend kimliyi, ilham verən missiyası, vizyonu və strateji hədəfləri ilə tanış oldular.
Bu rebrendinq TABIA Group-un yeni və həyəcanverici bir dövrünə başlanğıc kimi qiymətləndirilir. Brendin geniş portfeli sağlamlıq otelləri, rezortlar və şəhər otellərindən ibarətdir və bu məkanlarda qonaqlara müstəsna qonaqpərvərlik təcrübələri təqdim olunur.
TABIA Group-un baş direktoru Uygar Koçaş bu transformasiyanın əhəmiyyətini vurğulayıb və bildirib: "TABIA Group-un rebrendinqi şirkətin tarixində mühüm bir dönüş nöqtəsidir. Bu yenilik bizim qonaqpərvərliyə olan həvəsimizi və qonaqlarla olan hər təcrübədə sağlamlığı əsas tutaraq yaratdığımız mühitə olan davamlı diqqətimizi əks etdirir. Missiyamız fərdə yönəlik sağlamlıq və istirahət təcrübələri ilə gözləntiləri aşmaqdır, vizyonumuz isə TABIA-nı həm yerli, həm də beynəlxalq səviyyədə lider etməkdir."
TABIA Group-un vizyonunun əsasında özünəxas mədəni təcrübələri müasir rahatlıq və sağlamlıq anlayışları ilə birləşdirərək, qonaqpərvərlik sənayesində yeni standartlar yaratmaq məqsədini daşıyır. Brendin əsas hədəfi isə Azərbaycanın qonaqpərvərlik ənənələrini qlobal səviyyədə tanıtmaq və turizm sahəsində mükəmməllik nümunəsi kimi tanınmaqdır.
Tədbirdə iştirak edən qonaqlar TABIA Group-un yaxın zamanda istifadəyə veriləcəkyeni layihələri Hilton Garden Inn Baku, Ağdam City Hotel və The Central Point Hotel Baku hotelləri, həmçinin sağlamlıq sahəsində transformativ bir təcrübə təqdim edən YENEE ilə tanış oldu. Bu yeni məhsul, müasir tibbi metodologiyalarla birlikdə fərdiləşdirilmiş qidalanma proqramlarını və ixtisaslaşmış müalicələri bir araya gətirərək, müştərilərinin fiziki, psixoloji və emosional sağlamlığını ön plana çıxarır.
Bundan əlavə, TABIA Group qonaqlarına yenilənmiş, istifadəsi asan və müasir dizaynlı veb-saytını təqdim edib. Bu veb-sayt qonaqlara sağlamlıq, şəhər otelləri və kurort təcrübələri haqqında rahat məlumat əldə etmək və asan rezervasiya imkanı yaradır. Tədbirdə həmçinin TABIA-nın qonaqpərvərlik vizyonunu və onun unikal təkliflərini vizual olaraq təqdim edən təsirli reklam çarxının təqdimatı keçirilib.
TABIA Group və onun gələcək layihələri haqqında daha ətraflı məlumat üçün https://tabia.az/ saytını ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)





.jpg)
