Mərkəzi Bankın sərt mövqeyi bankların risk profilinə müsbət təsir göstərib - "FİTCH" 2 MƏNFİ DÜZƏLİŞİ LƏĞV ETDİ
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) 2022-ci ildən etibarən tənzimləyici nəzarəti gücləndirib. AMB-nin bu istiqamətdə təşəbbüsləri, xüsusilə də istehlak kreditləşməsi seqmentində effektiv makroprudensial tədbirlərin həyata keçirilməsi və tənzimlənin gücləndirilməsi bankların risk profilinə müsbət təsir göstərib.
“Fitch” Beynəlxalq Reytinq Agentliyi hesab edir ki, AMB artıq problemli aktivlər üzrə aşağı ehtiyatlanma və əlaqəli tərəflərin risklərinin tanınmaması ilə bağlı məsələlərə daha sərt mövqe nümayiş etdirir. Beləliklə də, agentlik yerli bankların “bb” əməliyyat mühiti balına mənfi düzəliş kimi nəzərdə tutulan “tənzimləyici və hüquqi çərçivəni” ləğv edib.
AMB 2022-ci ilin sentyabr ayında izafi likvidliyi idarə etmək və yenidən maliyyələşdirmə dərəcəsinin ötürücülüyünün təkmilləşdirilməsi üçün pul siyasəti alətlərini konfiqurasiya edib. Bu da yerli banklara likvidliyin idarə edilməsi üzrə daha çox alətlərin təqdim olunmasına imkan verib. Görülən işlər qısamüddətli banklararası bazarın daha da aktivləşməsi ilə nəticələnib. Agentlik yerli maliyyə bazarında nəzərəçarpan inkişaf dinamikasına görə əməliyyat mühiti balına mənfi düzəliş kimi nəzərdə tutulan “maliyyə bazarının inkişafı”nı da ləğv edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















