Azərbaycan əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı tam rəqəmsal xidmət təqdim edir
İnnоvаsiya və Rəqəmsal İnkişaf Agentliyi "digital.azerbaijan" brendi altında ölkədə rəqəmsallaşmanın genişlənməsini və müxtəlif dövlət qurumları tərəfindən təqdim olunan rəqəmsal xidmətlərin istifadəsini təşviq etməyə davam edir. Bu xidmətlər və təşəbbüslər ölkədə rəqəmsal keçidin sürətlənməsinə və vətəndaşların, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət xidmətlərindən rahat və rəqəmsal formada yararlanmasına dəstək verir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunan növbəti belə xidmət vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyat prosesini tam rəqəmsal formada həyata keçirirlər. Bu xidmətdən istifadə etməklə əcnəbilər ölkəyə gəlişləri zamanı heç bir fiziki məkana getmədən onlayn şəkildə olduqları yer üzrə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) Dövlət Miqrasiya Xidmətinin elektron portalına daxil olaraq müraciət etməlidir. Belə ki, https://e-regv2.migration.gov.az/Unregistered/Application linkinə keçid etməklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ad, soyad, sərhədkeçmə sənədi, qeydiyyat ünvanı və qəbul edən tərəf barədə məlumatları qeyd edərək asan qaydada olduğu yer üzrə qeydiyyata alına bilərlər.
Qeydiyyat prosesi zamanı yaranan suallar Xidmətin 24 saat 3 dildə fəaliyyət göstərən 919-Çağrı mərkəzi tərəfindən operativ şəkildə cavablandırılır.
Qeyd edilib ki, Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.
Bu rəqəmsal yanaşma, həm əcnəbilər üçün, həm də dövlət qurumları üçün prosesləri sadələşdirir, vaxt və resurslara qənaət etməklə daha səmərəli xidmət göstərilməsinə imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
-
19 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
28 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit




















