2025-ci il dövlət büdcəsi xərclərinin artırılmasının səbəbi açıqlandı
Ermənistan Respublikasının genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan Respublikası tərəfindən cavab tədbirlərinin görülməsilə əlaqədar olaraq dövlət büdcəsinin xərcləri artırılır.Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.
2025-ci il dövlət büdcəsinin gəlirləri və xərcləri ilkin variantla müqayisədə artırılaraq müvafiq olaraq gəlirlər 38 milyard 316 milyon manat, xərclər isə 41 milyard 367,6 milyon manat məbləğində müəyyən olunub.
Maliyyə Nazirliyində İctimaiyyətlə Əlaqələr və Vətəndaşların Müraciətləri Şöbəsinin müdiri Mais Piriyev sosial media səhifəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmışdır.
"Dövlət büdcəsi xərclərinin artırılmasının əsas səbəbi Ermənistan Respublikasının genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan Respublikası tərəfindən cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcəkdir",- Mais Piriyev bildirib.
Qeyd edək ki, militarizasiya - silahlanma, hərbi qüvvənin gücləndirilməsinə yönəlmiş siyasət; müharibəyə hazırlıq məqsədilə hərbi gücün intensiv artırılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)

