"Diadem” şirkətinin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq - TARİX
16 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Diadem” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
17 oktyabr 2024-cü il tarixindən başlayaraq 21 oktyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində "Diadem” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 24 oktyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Diadem” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1002022809
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 134 (ədəd)
İlkin ticarət qiyməti: 750 manat
Buraxılış həcmi: 100,500 manat
Anderrayter: “Assist Finance İ.Ş.” ASC
Ticarətə buraxılma tarixi: 24.10.2024
Xəbər verdiyimiz kimi, Qeyri-yaşayış binalarının tikintisi fəaliyyətilə məşğul olan "Diadem" ASC-nin nizamnamə kapitalı 100 min 500 manat artırılır. "Diadem" ASC hər birinin nominal dəyəri 750 manat olan 134 ədəd səhm buraxıb. Əgər səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa "Diadem" ASC-nin nizamnamə kapitalı 3 milyon manatdan 3 milyon 100 min 500 manata yüksələcəkdir.
Hazırda "Diadem" ASC-nin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu (75%) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (25%). Qeyd edək ki, "Diadem" ASC tez-tez tenderlərdə qalib gələrək, milyonlarla manat sifarişlər alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



