Kapital Bank-ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarıldı
(®) Xəbər verdiyimiz kimi Kapital Bank-ın 50 000 000 ABŞ dolları həcmində olan istiqraz emissiyasının birinci tranşı investorlar tərəfindən yüksək maraqla qarşılanıb. Belə ki, 30 000 000 ABŞ dollar həcmində emissiya olunan istiqrazlara investorlar tərəfindən 35 211 100 ABŞ dolları həcmində sifariş yerləşdirilib.
Qeyd olunan istiqrazların 20 000 000 ABŞ dolları həcmində olan ikinci tranşının abunə yazılışı 29 sentyabr 2024-cü il tarixində başlanılıb.
Kapital Bank-ın dollar istiqrazlarını əldə edən hər kəs gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.
Müştərilər dollar istiqrazlarını 29 okyabr 2024-cü il tarixinədək ən yaxın Kapital Bank filialından əldə edə bilərlər.
Ətraflı məlumat üçün: https://kbl.az/diit
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















