ABA-nın nəzdində yeni Ekspert Qrupları yaradılıb, sədrlər təsdiq olunub
08 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilmişdir.
ABA-nın yaydığı məlumatda bildirilir ki, yYığıncaqda müzakirə edilən digər məsələrlə yanaşı ABA-nın nəzdində “Pərakəndə bankçılıq” üzrə alt Ekspert Qrupunun və “Kredit Həyat Sığortası” işçi qrupları birləşdirilərək yeni “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”nun və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun yaradılması qərara alınmışdır.
Yeni yaranmış “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”na “ABB” ASC-nin Pərakəndə Kreditləşmə sahəsinin rəhbəri Eldar Xubanlının və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”na “ABB” ASC-nin Data texnologiyaları departamentinin direktoru Mayya Dursunovanın sədrliyi təsdiq edilmişdir.
Bundan əlavə ABA-nın nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”na sədr müavini “PAŞA Bank” ASC-nin MüəssisəArxitekturası və İT İdarəetmə şöbəsinin rəhbəri İlqar Məmmədov təsdiqlənmişdir.
İclas zamanı Ekspert Qruplarının fəaliyyətləri ilə əlaqədar müzakirələr aparılmış, qrup sədrlərinin Ekspert qrupları ilə bağlı gələcək planları dinlənilmiş və iclas iştirakçılarının rəy və təklifləri səsləndirilmişdir.
Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 10 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)










.jpg)




