ABA Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilib
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib. Həmçinin, ABA-nın nəzdində 2 yeni Ekspert Qrupunun yaradılıb.08 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilib.
Ümumi Yığıncağın gündəliyində duran məsələlər sırasında Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına 2 nəfər bank nümayəndəsinin seçilməsi, BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində ABA təfindən təşkil ediləcək tətbirlərin keçirilməsi, ABA-nın Ekoloji, Sosial və İdarəetmə (ESİ) bağlı Stategiya layihəsinin müzakirəsi, maarifləndirmə üzrə maliyyə assosiasiyalarının birgə fəaliyyət planının hazırlanması, vahid inkasassiya mərkəzinin yaradılmasına dair məsələlərin müzakirəsi, kredit həyat sığortasının cari statusu, ABA və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Sən Tək Deyilsən” Şəhid xanımlarının təhsilinə dəstək layihəsində ABA üzvlərinin iştirakı, Naxçıvan MR-da filial və bankomat şəbəkəsinin genişləndirilməsi, həmçinin ipoteka kreditinin verilməsinin təşviqi məsələsi və s. olmuşdur.
Belə ki, iclas zamanı keçirilən gizli səsvermə nəticəsində Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına ABA üzv bankları tərəfindən “ABB” ASC-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və “Kapital Bank” ASC-nin İdarə Heyəti üzvü Fərid Hidayətzadə seçilmişlər.
Həmçinin, iclas zamanı ABA-nın nəzdində 2 yeni Ekspert Qrupunun yaradılmasına dair müzakirələr aparılmışdır. Nəticədə, ABA-nın nəzdində “Pərakəndə bankçılıq” üzrə alt Ekspert Qrupunun və “Kredit həyat sığortası” işçi qrupları birləşdirilərək yeni “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”nun və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun yaradılması qərara alınmışdır.
İclas zamanı, həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Assosiasiyanın Ali idarəetmə orqanı Ümumi Yığıncaqdır. ABA üzvlərinin bütün nümayəndələrindən ibarət olan Ümumi Yığıncaq ildə bir dəfədən az olmayaraq çağırılır.
Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 9 d. əvvəl
- 23 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
Ən çox oxunanlar
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)






.jpg)







