Mühərrik yağı, akkumulyator və şin satan şirkətə əlavə maya qoyulur
“Caspian Equipment Company” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 100 min manat artırılır.
Marja.az xəbər verir ki, Şirkət hər birinin nominal dəyəri 1000 manat olan 100 ədəd adi adlı sənədsiz səhmlər emissiya edib.
Əgər səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa “Caspian Equipment Company”nin nizamnamə kapitalı 2 dəfə araraq 100 min manatdan 200 min manata yüksələcəkdir.
“Caspian Equipment Company”nin nizamnamə kapitalının 100%-i Rüstəmov Eldəniz Sabir oğluna məxsusdur.
"Caspian Equipment Company” ASC yüngül avtomobillər və ağır texnika üçün müxtəlif markalı və yüksək keyfiyyətli mühərrik yağları və sürtgü yağlarının, akkumulyator və avtomobil şinlərinin, filtrlər və digər ehtiyat hissələrinin iri korporativ və orta həcmli satış nöqtələrinə satışı (distribusiyası) ilə məşğuldur. Şirkət Azərbaycanda LukOil, KİXX mühərrik və sürtgü yağları, həmçinin WestLake şinlərinin rəsmi satış təmsilçisidir.
"Caspian Equipment Company” ASC 2022-ci ildə 15 milyon 455 min manat, 2023-cü ildə 19 milyon 480 min manat, 2024-cü ilin ilk altı aylıq dövründə isə 6 milyon 832 min manat gəlir əldə edib. "Caspian Equipment Company” ASC 2021-ci ildə 469 min 393 manat, 2022-ci ildə 371 min 286 manat, 2023-cü ildə 696 min 910 manat, 2024-cü il birinci yarımil üzrə 663 min 585 manat xalis mənfəət əldə edib.
Emissiya üzrə anderrayter “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)





