"PAŞA Kapital" "Kapital Bank"ın dollarda yüksək gəlirli istiqrazlarını uğurla yerləşdirdi
(®) 26 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında PAŞA Kapital İnvestisiya Şirkətinin anderrayteri olduğu Kapital Bank ASC-nin 30 milyon dollar həcmində 1-ci tranşı üzrə istiqrazlarının hərracı uğurla tamamlanmışdır.
Hərrac zamanı 1 hüquqi və 160 fiziki şəxs olmaqla, 161 investor tərəfindən ümumi dəyəri 35,211,100.00 ABŞ dolları həcmində 171 sifariş yerləşdirilib.
Abunə yazılışında qeydə alınan 171 sifariş üzrə təsnifat aşağıdakı kimidir:
-Ümumi sifarişin 160 ədədi fiziki şəxslər tərəfindən PAŞA Kapital vasitəsilə yerləşdirilib və həcmi 32, 811,100.00 USD təşkil edib;
-Digər investisiya şirkətləri tərəfindən yerləşdirilməsi icra olunan 11 sifarişin ümumi həcmi isə 2.400.000 USD olub.
Hərrac nəticəsinə əsasən qeyd edə bilərik ki, fərdi investorlar tərəfindən bu istiqrazlara qarşı yaranan yüksək maraq, Azərbaycan kapital bazarlarında fiziki şəxslərin investisiya əməliyyatlarına olan iştirakının müsbət dinamikasını və sahənin inkişaf potensialının artmasını əks etdirir.
Xatırladaq ki, PAŞA Kapital-ın anderrayteri olduğu Kapital Bank istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7% təşkil edir, ödəniş dövrü aylıq və tədavül müddəti 7 ildir.
Uğurlu emissiya əməliyyatının davamı olaraq kapital bazarları üzrə öz lider mövqeyini daha da möhkəmləndirən PAŞA Kapital, aktiv və potensial investorlar üçün yeni imkanlar təqdim etməyi hədəfləyir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)

