"Agro Dairy" şirkətinin sponsorluğu ilə Bakıda ilk dəfə “IAOM EURASIA” konfransı və sərgisi keçirilib
"Agro Dairy" şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu.(®) Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının koordinasiyası və ev sahibliyi, Agro Dairy-nin qızıl sponsorluğu ilə 24-25 sentyabr tarixlərində Bakı şəhərində “IAOM EURASIA” Konfransı və Sərgisi baş tutdu.
Bakı şəhərində ilk dəfə, ümumilikdə isə 3-cü dəfə keçirilən Beynəlxalq Əməliyyatçı Dəyirmançılar Assosiasiyası (IAOM) Konfransının açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə yanaşı, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri Səbuhi Sadıqov, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri, Agro Dairy-nin baş icraçı direktoru Niyazi Əmirbəyov, IAOM Amerika Birləşmiş Ştatları prezidenti Fran Çörçil və IAOM Avrasiya direktoru Eren Günhan Ulusoy nitq söylədilər.
Regionun 32 ölkəsindən buğda və un sənayesinin lider və peşəkarlarını bir araya gətirən təşkilatın növbəti konfransında “Avrasiya regionunda taxıl bazarlarının makroiqtisadi təsiri”, “Qafqaz regionunda taxıl və un bazarının dinamikası”, “İnnovasiyanın və rəqəmsal transformasiyanın irəli aparılması”, “Dəyirmançıların dayanıqlıq perspektivi” mövzularında sahə üzrə lider və peşəkarların iştirakı ilə panel müzakirələr aparıldı.
250 şirkət və 500 nəfər nümayəndənin iştirakı ilə baş tutan tədbirin sərgi hissəsində taxıl istehsalçıları, un emalçıları və ticarət nümayəndələri bir araya gələrək əməkdaşlıq münasibəti qurma şansı əldə etdilər.
Ölkəmizdə keçirilməsi böyük önəm kəsb edən IAOM Eurasia Konfrans və Sərgisi dənli bitkilərin emalı və müvafiq avadanlıqların istehsalı sənayeləri üzrə maraqlı tərəfləri bir araya gətirərək, müasir bazar trendlərinin müzakirə edilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması, yeni əməkdaşlıq münasibətlərinin qurulması və razılaşmaların əldə edilməsi üçün imkanlar təşkil etdi.
Qeyd edək ki, bu il ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri ilə əlaqədar olaraq, “IAOM EURASIA” Konfransı və Sərgisinin əsas mövzusu “Dəyişən İqlimdə Davamlı Ərzaq Təhlükəsizliyi” olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)





.jpg)



