Bankdakı problemdən xəbər verən 7 əlamət
Hər kəs yalan danışır. Təəssüf ki, banklar da istisna deyil.
Bankda mövcud olan problemlərdən xəbər verə biləcək 7 qeyri-rəsmi əlaməti sizin diqqətinizə təqdim edirik.
1. Bank ayda 2-3 dəfə əmanət faizlərini dəyişir
Mərkəzi Bank və ya Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir başa olaraq, bankın hansı faiz dərəci ilə depozit qəbul etməsinə qarışa bilməz, amma risklərin çox yüksək olduğu təqdirdə əlavə depozit qəbulunun dayandırılması ilə bağlı xəbərdarlıq və ya göstəriş verə bilər. Bu halda bank depozitlər üçün yeni şərtlər fikirləşməli olur, yeni əmanət məhsulları yaratmaq məcburiyyətində qalır.
2. Bankın səhmdarlarının və idarə heyətinin tərkibi dəyişir, bankın nizamnamə kapitalı artırılır
Bu o deməkdir ki, bankın keçmiş səhmdarı öz vəsaiti ilə bankı tərk edir, bunun bir səbəbi mövcud problemlər ola bilər, amma rəhbərliyin dəyişməsi və ya idarə heyətinin üzvlərinin əvəzlənməsi adi bir iş proseduru da ola bilər. Bu sizi çox qorxutmasın. Nizamnamə kapitalının artırılması isə bankın uzun müddət zərərdə olması ilə bağlı ola bilər, yəni aktiv və passivlər arasında balansa nail olmaq üçün bankın səhmdarları öz şəxsi kapitalını, nizamnamə kapitalı formasında artırmalı olur.
3. Bank maliyyə hesabatlarını açıqlamır
Bank maliyyə hesabatlarını açıqlamırsa, bu özü də həyəcan təbili olmalıdır. İstənilən mənfi nəticəli hesabat ümumiyyətlə məlumatsızlıqdan daha yaxşıdır. Hazırda MBNP bankları müxtəlif metodlarla hesabatları açıqlamağa sözün əsl mənasında aməcbur edir.
4. Əmanətlərlə bağlı məlumat bankın saytında yoxdursa
Bəzən elə olur ki, əmanətlər və onların açılması yeri ilə bağlı məlumatlar ayrı-ayrı reklam elanlarında rast gəlinsə də, bankın rəsmi saytında olmur. Dürüst olmayan banklar müştəridən depozit qəbul etsə də bəzən onu balansa daxil etmir. Sevindirici haldır ki, bu tip “özəl filialların” sayı getdikcə azalır. Amma praktikada məlumdur ki, Azərbaycanda bəzi banklar qərarları filial səviyyəsində qəbul edib fərqli şərtlər təklif edə və depoziti hesaba daxil etməyə bilirlərmiş. Belə halda hətta bank iflas olsa belə müştəri bankın əmanətçisi olduğunu, məhkəmə vasitəsi ilə sübut etmək məcburiyyətində qalacaq.
5. Yüksək faiz dərəcələri - əmanətlər üzrə
Bazarı araşdırmaq lazımdır. Əgər sizin bankın təklifi digərlərindən çox yüksəkdirsə, bu zaman şübhələnməyə dəyər. Məsələn, bütün bankların dollar depozitlərinə illik 2-3% təklif etdiyi halda, hər hansı bir bankda bu rəqəm 7% olarsa düşünməyə səbəb var. Amma yenə də istisna hallar ola bilər. Müəyyən kampaniya şərtlərinə uyğun olaraq faizlər müvəqqəti yüksələ bilər. O cümələdən banka təcili olaraq, hər hansı bir hüquqi şəxs üçün dollar (və ya manat) lazım gələrsə bank bu pulu acil olaraq, baha cəlb etmək məcburiyyətində qalır.
6. Hüquqi şəxslərin hesabından kütləvi vəsait axını
Əgər bank başa düşürsə ki, işlər yaxşı deyil, bu haqda daha tez xəbər tutanlar arasında rəhbərliyə yaxın olan şirkətlər olur, hansılarınki bankda iri məbləğlərdə vəsaitləri var. Bankın lisenziyası geri çağırılana qədər onlar öz pullarını çıxartmağa çalışacaq.
Bu haqda məlumatı isə əsasən hesabatlardan əldə etmək olur. Yəni bankın tələbli, müddətsiz, hüquqi şəxslər üzrə depozitlərinin həcmini əvvəlki aylar və rüblər ilə müqayisə etmək gərəkdir. Əgər vəsait azalıbsa, bu hüquqi şəxslərin öz vəsaitlərini geri çəkməsini göstərir. Amma ara bir bankın hüquqi şəxslərə xidmət departamentinə baş çəkib vəziyyətin nə yerdə olduğunu sezməyə çalışa bilərsiniz.
7. Bankdan kadr axını
Əgər bankın savadlı - qabaqcıl hesab olunan kadrları, müxtəlif menecerləri bankı tərk edirsə, bu bankın perspektivində işıqların zəiflədiyinin əlaməti ola bilər. İnsanlar adətən perspektivinə inandığı bankı tərk etməzlər. Düzdür, Azərbaycanda bəzi böyük banklar və holdinqlər var ki, onların təklifinə “yox” demək olmur, çünki həmin qurumlar öz inhisarçı mövqeyindən istifadə edir.
Diqqət! Bütün sadalananlar dolayı faktorlardır, onları ayrılıqda deyil, toplam şəkildə nəzərdən keçirmək lazımdır.
© Banco.az
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 gün əvvəl
-
3 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)







.jpg)






