PAŞA Bankın xarici valyutada verilən kredit portfeli daha sürətli artıb
Azərbaycanın iri korporativ bankı "PAŞA Bank" ASC müştərilərə verilmiş kreditlərin valyuta üzrə bölgüsünü açıqlayıb.
Marja xəbər verir ki, dünən keçirilmiş mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin birinci yarısında Bankın cəmi kredit portfeli 264 milyon 425 min manat və ya 8,9% artaraq 3 milyard 222 milyon 598 min manata çatıb. O cümlədən, xarici valyutada verilən kreditlər 208 milyon 145 min manat və ya 18,7% artaraq 1 milyard 321 milyon 36 min manata, milli valyutada verilən kreditlər 56 milyon 280 min manat və ya 3% artaraq 1 milyard 901 milyon 562 min manata çatıb.
Müştərilərə verilmiş kreditlərin ümumi aktivlərdə pay 33%-dən 36,2%-ə yüksəlib.
30 İyun 2024-cü il tarixinə olan məlumata görə, PAŞA Bank tərəfindən cəmi kreditlərin 46,1%-i və ya 1 milyard 486 milyon 939 min manatı ticarət və xidmətlər sektoruna, 11,2%-i və ya 361 milyon 44 min manatı nəqliyyat və telekommunikasiya sektoruna, 11,2%-i və ya 362 milyon 366 min manatı fiziki şəxslərə verilib. Həmçinin kreditlərin 9,8%-i enerji, 8,4%-i istehsal, 4.9%-i tikinti, 3,8%-i kənd təsərrüfatı və yeyinti sənayesi, 2,2%-i BOKT, 21%-i dağ-mədən, 0,2%-i digər sektorlara ayrılıb.
"Strateji hədəflərimizdən biri xalis kreditlərdə 3 milyard manat səviyyəsini keçmək idi. PAŞA Bank ilk dəfə 2024-cü ilin 1-ci yarısında xalis kredit portfelində 3 milyard manat səviyyəsini aşıb", - Murad Süleymanov deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)


