Bankın Quba-Xaçmaz üzrə Əlaqə mərkəzi istifadəyə verildi
(®) Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olan Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verilib. Quba və Xaçmaz şəhərlərində fəaliyyət göstərən mərkəz müştəri müraciətlərinin daha tez və effektiv araşdırılmasına və cavablandırılmasına xidmət edəcək.
Belə ki, Kapital Bank-ın Quba və Xaçmaz filiallarının dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi, ADPU-nun Quba filialı ilə qurulan əməkdaşlıq, eləcə də “Karyera Marafonu 2022” layihəsindən 1400-ə yaxın namizədin CV-ləri araşdırılıb. Dəyərləndirmə nəticəsində 700 nəfər namizədlə onlayn müsahibə keçirilib. Bu mərhələni uğurla keçən 74 nəfər imtahana cəlb olunub. Nəticələri ilə fərqlənən 26 namizəd təcrübə proqramında iştirak etmək şansı qazanıb.
Mərkəzin yaradılmasında məqsəd müştəri müraciətlərinin effektiv araşdırılması ilə yanaşı Quba-Xaçmaz regionunda yaşayan gənclər üçün yeni iş imkanları yaratmaqdır. Daha öncə Gəncə şəhərində icra edilən layihə qısa müddətdə uğurlu nəticələr göstərib. Bu səbəbdən də layihənin davamlı olması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)





