Maya dəyərinin artması MİDA şirkətinin mənfəətini azaldıb
Mənzil İnşaatı Dövlət Agentliyi vəsaitinin böyük hissəsini dövlət qiymətli kağızlarına yatırıb.Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2023-cü ili 8 milyon 101 min manat xalis mənfəət ilə vurub. Agentlik 2022-ci ili 8 milyon 173 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin xalis mənfəəti cüzi azalıb.
Marja.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi maliyyə gəlirləri hesabına ayaq üstündə durub. Belə ki, Agentlik ötən il 11 milyon 512 min manat maliyyə gəlirləri əldə edib (2022-ci ildə 10 milyon 849 min manat maliyyə gəlirləri əldə etmişdi). 2023-cü ilin sonunda MİDA-nın dövlət qiymətli kağızlarına investisiyaları 205 milyon 282 min manat təşkil edib.
31 dekabr 2023-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyi 451 milyon 75 min manat cəmi aktivlərə malik olub. Agentlik 2022-ci ilin sonunda 536 milyon 713 min manat cəmi aktivlərə malik idi. Cəmi aktivlərin azalması dövlət büdcəsindən ayırmaların məbləğinin 70 milyon 197 min manat azalaraq 355 milyon 856 min manatdan 285 milyon 658 min manata geriləməsilə əlaqədardır.
MİDA ŞİRKƏTİNİN XƏRCLƏRİ ARTIB, XALİS MƏNFƏƏTİ AZALIB
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC şirkəti 2023-cü ili 1 milyon 756 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 211 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il MİDA şirkətinin xalis mənfəəti 455 min manat və ya 20,6% azalıb. MMC-nin gəlirlərinin azalması satışın maya dəyərinin, ümumi və inzibati xərclərin artması ilə əlaqədardır.
Ötən il MİDA MMC-nin satışdan gəliri (müştərilər ilə müqavilələr üzrə gəlirlər) 32 milyon 687 min manat və ya 36,6% artaraq 122 milyon 15 min manata yüksəlib. Satışın maya dəyəri isə 31 milyon 835 min manat və ya 45% artaraq 102 milyon 88 min manata çatıb. Beləliklə, satışın maya dəyərindəki artım, gəlirdəki artımın böyük hissəsini silib.
Həmçinin, şirkətin ümumi və inzibati xərcləri 1 milyon 556 min manat və ya 10,8% artaraq 16 milyon 11 min manata yüksəlib.
Azərbaycan Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








