Bankların valyuta gəlirləri Dollar/manatın sabitləşməsilə azalır
Manatın sabitləşməsilə bankların valyuta əməliyyatlarından gəliri azalır.
PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva "Marja"ya müsahibəsində bildirib ki, manat sabitləşdikfən sonra valyuta əməliyyatlarından gəlir azalıb:
“2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayınadək dollar/manat qarşısında bahalaşırdı, fevraldan isə əks proses başladı. İlin əvvəlində alış və satış məzənnələri arasında fərq (spred) böyük olduğundan, PAŞA Bankın valyuta əməliyyatlarından əldə etdiyi gəlir yüksək idi. İkinci rübdən başlayaraq dollar/manat məzənnəsi sabitləşdi və spredlər çox daraldı. Buna görə, proseslərə uyğun olaraq valyuta əməliyyatlarından gəlirlər nisbətən azalıb. 2017-ci ilin birinci rübü ilə müqayisədə, ikinci rübdə xarici valyutadan xalis gəlir 14,89 milyon manatdan 8,59 milyon manata düşüb”.
Xəyalə Nağıyeva qeyd edib ki, məzənnənin sabitləşməsilə valyuta gəlirlərinin azalması PAŞA Bankın 2017-ci il üzrə mənfəət hədəfinə nail olmamasına səbəb olmayacaqdır:
“Mümkün deyil. Bank olaraq biz gəlir və mənfəət hədəflərimizi proqnozlaşdıran zaman makro-iqtisadi vəziyyətə, idxal və ixrac trendlərinə, müştərilərimiz olan iri şirkətlərin biznes fəaliyyətlərinin nəticələrinə və müəyyən sıra iqtisadi faktorların proqnozuna əsaslanırıq. Valyuta əməliyyatlarından gələn gəlir isə iqtisadi faktorların təsirindən irəli gələn törəmə və qeyri stabil faktordur və onun davranışına təsir edən bütün digər faktorları dəqiq proqnozlaşdırmaq bizim halımızda mümkün deyil. Bu səbəbdən də biz proqnozlarımızı hazırlayan zaman bu və digər gəlir növlərini stabil iqtisadi vəziyyətə görə ehtimal edirik, və məhz valyuta əməliyyatlarından gələn gəlir də stabil halına görə hədəflənib, stabil olmayan gəlirləri nəzərə alınmayıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)
