Bakıda yeni 6 zolaqlı avtomobil yolu tikilir
Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə baxış keçirib.
Sədr icra olunan yeni yol infrastrukturu layihəsinin gedişatı ilə yerindəcə tanış olub.
Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolunun ümumi uzunluğu 12,7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun torpaq yatağının eni 30,6 metr, hər bir hərəkət zolağının eni 3,5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarət olacaq.
Avtomobil yolunun hər iki tərəfində yaşıllıq zonasının salınması, piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması, zəruri yerlərdə U dönüşlərinin tikintisi də layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə müvafiq addımlar atılır.
İdarə Heyətinin sədrinə məlumat verilib ki, hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də start verilib.
Layihəyə əsasən yolboyu 3 yol qovşağı, 3 körpü və 2 yerdə alt keçidin inşası işləri aparılır. Bundan başqa, yolboyu müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri yekunlaşmaq üzrədir.
S.Məmmədov yol infrastrukturu layihəsinin “İnşaat Norma və Qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
- 58 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb





.jpg)
.jpg)








.jpg)






