Argentinada inflyasiya 2024-cü ilin əvvəlindən 90%-i keçib
Argentinada avqustda qiymət artımı aylıq 4,2%, illik inflyasiya isə təxminən 95% təşkil edib.
Bu barədə Respublikanın Statistika Xidmətinin açıqladığı məlumatda deyilir.
“İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü ilin avqust ayında 4,2%, 2023-cü ilin eyni ayı ilə müqayisədə 94,8% artıb”, - məlumatda deyilir.
Qiymətlərin 4% artdığı iyul ayı ilə müqayisədə avqustda inflyasiya bir qədər də sürətlənib. İndeksə daha çox kommunal xidmətlər (+7%), təhsil (+6,6%) və nəqliyyat (+5,1%) qiymətlərinin artımı təsir edib.
Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ilin sonunda qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə 50,9% olub. 19 noyabr 2023-cü ildə Javier Miley-nin prezident seçilməsindən sonra qiymət artımı əhəmiyyətli dərəcədə sürətlənib. Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi kursunu bir dollar üçün 366 pesodan 800 pesoya qaldırmaq olub.
Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda şok tədbirlərinə ehtiyac olduğunu bildirib. Argentina Katolik Universitetinin tədqiqatçılarına görə, ilin birinci rübündə ölkədə yoxsulluq səviyyəsi Miley hökumətinin şok tədbirləri fonunda 49,5%-dən 55%-ə yüksəlib. Eyni dövrdə işsizlik 5,7%-dən 7,7%-ə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
39 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
55 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
59 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























