Azərbaycanda iqtisadi artım açıqlandı
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatı 4,3% artıb.Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80 milyard 960,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 7,0 faiz artmışdır.
ÜDM istehsalının 37,9 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olmuşdur.
2024-cü ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-avqust aylarında 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artmışdır.
Sənaye məhsulunun 64,4 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,1 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 72,2 faiz, əczaçılıq məhsullarının istehsalı 69,4 faiz, elektrik avadanlıqlarının istehsalı 39,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 36,7 faiz, mebel istehsalı 31,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,8 faiz, hazır metal məmulatlarının istehsalı 23,3 faiz, tikinti materiallarının istehsalı 23,0 faiz, içkilərin istehsalı 16,5 faiz, tütün məmulatlarının istehsalı 11,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz, kağız və karton istehsalı 7,2 faiz, qida məhsullarının istehsalı 7,1 faiz, neft məhsullarının istehsalı 3,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,0 faiz artmış, geyim istehsalı 0,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,0 faiz, sair sənaye məhsullarının istehsalı 8,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,4 faiz, poliqrafiya məhsullarının istehsalı 19,9 faiz, maşın və avadanlıqların istehsalı 29,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,6 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,8 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş investisiyalar haqqında
2024-cü ilin yanvar-avqust aylarında əsas kapitala 11216,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 5587,0 milyon manatı və ya 49,8 faizi məhsul istehsalı sahələrinə, 4287,3 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 1342,6 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 9315,8 milyon manatını və ya 83,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 8090,5 milyon manatı və ya 72,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)

